Rusiya XİN: “Lavrov Qarabağ probleminin həlli üçün görüşlər keçirir”
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün böyük səy göstərir”.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə hazırda İrəvanda olan Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan və erməni xalqı üçün daha mühüm məsələdir: “Buna görə də KTMT-nin toplantısı çərçivəsində Sergey Lavrov ikitərəfli görüşlər keçirir. Biz nəhəng səylər edirik ki, münaqişənin nizama salınması prosesi uğurla nəticələnsin”.
Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin toplantısı keçirilir.