Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qırğızıstan Azərbaycanın uğurları ilə fəxr edir”

Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovun “Report”a müsahibəsi.

– Azərbaycan və Qırğızıstan arasındakı ikitərəfli əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Bu münasibətlərin səviyyəsi sizi qane edirmi? Bunu daha da yüksəltmək üçün nəyə ehtiyac var?

– Əvvəllər olduğu kimi, hazırda da Qırğızıstan-Azərbaycan əməkdaşlığı qarşılıqlı faydalı əməkdaşlıq, dostluğa əsaslanır və ümumilikdə siyasi, iqtisadi, texniki-humanitar və digər sahələrdə uğurla inkişaf edir. 2012-ci ildə Qırğızıstan prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri və iki ölkə liderləri arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması sayəsində bizim əlaqələrimiz qarşılıqlı etimad, həm bir çox regional, həm də qlobal məsələlər üzrə yaxın mövqe tutmaq prinsiplərinə xasdır. Təcrübədə Azərbaycan və Qırğızıstan beynəlxalq arenada, o cümlədən MDB, TürkPA, TÜRKSOY kimi təşkilatlarda fəal əməkdaşlıq edir.

– Hər iki ölkə arasında iqtisadi əməkdaşlıq baxımından vəziyyət necədir? Hər hansı birgə layihələr var? Qırğızıstanın Avrasiya İqtisadi Birliyinin üzvü olması ticarət əlaqələrimizə mane olmur ki?

– Xarici ticarət əməkdaşlığının, investisiya potensialının hazırkı səviyyəsi real imkanlara uyğun deyil. Qarşılıqlı əməkdaşlıq və iqtisadi-ticariət əlaqələri üçün böyük potensialımız var. Ola bilsin, Qırğızıstan üçün Azərbaycanın kənd təsərrüfatı və emal imkanları sahəsindəki təcrübəsi maraqlı olsun, Azərbaycanı isə turizm və toxuculuq sənayesi üçün klaster yaratmaq təcrübəsi maraqlandırsın. İndi ikitərəfli ticarət əlaqələrinin yüksək səviyyəsi barədə danışmaq mümkün deyil. Azərbaycan və Qırğızıstanın yuxarıda qeyd edilən sahələr üzrə əməkdaşlığı genişləndirəcəyinə və birgə müəssisələr yaratmaqla bağlı danışıqları davam etdirəcəyinə ümid edirik. Təəssüf ki, bizdə ixrac üçün nəzərdə tutulmuş malların sayı azdır. Yalnız 2014-cü ildə dövriyyəmiz 20 milyon dollara qədər artıb. Amma sonradan bu göstərici 4 milyon dollara düşüb. Bu isə aşağı göstəricidir.

– Azərbaycan və Qırğızıstan arasında turizm potensialı necədir? Qırğızıstan azərbaycanlı turistləri nə ilə cəlb edə bilər?

– Bildiyiniz kimi, sentyabrın 3-də Qırğızıstanda Köçərilərin II Ümumdünya Oyunlarının açılışı olacaq. Bu oyunlara çoxlu sayda idmançı və turistlər gələcək. 2014-cü ildə keçirilmiş birinci yarışda Azərbaycan layiqli şəkildə iştirak edərək yüksək səviyyədə təmsil olunmuşdu. Bu il də Azərbaycan rəsmilərinin, idmançılarının və sənətçilərinin oyunlarda iştirak edəcəyinə ümid edirik. Qırğızıstan üçün bu oyunlar bütün dünyaya köçəri sivilizasiyanın əzəmətini göstərmək baxımından çox vacibdir. Belə ki, oyunlar köçəri xalqların mədəni irsinin dirçəlişidir. Buna görə də oyunlara 50-dən çox ölkədən dövlət və hökumət başçıları, KİV nümayəndələri, ictimai xadimlər, idmançılar və sənətçilər dəvət olunub.

– Qırğızıstanda xeyli sayda azərbaycanlı yaşayır. Ölkənin sosial həyatında onların rolu necədir?

– Müxtəlif hesablamalara görə, ölkədə 18 min azərbaycanlı yaşayır. Azərbaycan diasporu fəaliyyət göstərir və Qırğızıstanın sosial-iqtisadi inkişafına böyük töhfələr verirlər. Azərbaycanlıların bir çoxu dövlət vəzifələrində, elmi-texniki müəssisələrdə, ictimai təşkilatlarda çalışırlar. Azərbaycan diasporu Qırğızıstanda ən fəal icmalardan biridir. Təəccüblü deyil ki, Dünya Azərbaycanlılarının IV Qurultayına Qırğızıstandakı diasporunuzun ən layiqli nümayəndələri gəlmişdi.

– Azərbaycan və Qırğızıstan bu gün beynəlxalq terrorizmin təhdidi ilə qarşı-qarşıyadır. Hər iki ölkə bu problemə qarşı birlikdə necə əməkdaşlıq edir?

– Sentyabr ayında Qırğızıstanda iki ölkənin xidmət və təşkilatlarının birgə forumunun keçirilməsi planlaşdırılır. Ölkəmiz terrorizmin bütün formalarını pisləyir və dinc siyasət aparan Azərbaycanın mövqeyini dəstəkləyir.

– Bəs, Qırğızıstanın Dağlıq Qarabağ məsələsində, xüsusilə də aprel ayında Ermənistan tərəfindən zorakılıq hallarının artmasından sonra mövqeyi necədir?

– Qırğızıstanın məsələ ilə bağlı mövqeyi bu il aprelin 5-də Xarici İşlər Nazirliyi tərəfindən ifadə edilib. XİN tərəfləri dərhal danışıqlar masasına əyləşməyə və dinc diplomatik vasitələrlə qarşılıqlı faydalı həll yolu tapmağa çağırmış, eləcə də 5 may 1994-cü il tarixli Bişkek protokolu təcrübəsində Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu bildirmişdi.

– Qarşılıqlı səfərlər gözlənilirmi?

– Qırğızıstan Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə cavab səfərini gözləyir. Bundan başqa, Azərbaycanın MDB sammiti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçıları sammiti kimi mühüm forumlarda iştirakı gözlənilir. Qırğızıstan həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova və Milli Məclisin sədri Oqtay Əsədova onlar üçün münasib olan istənilən vaxtda Qırğızıstana səfər etməklə bağlı dəvət göndərib.

– Azərbaycan xalqına nə arzu edərdiniz?

– İlk növbədə Ramazan bayramı ərəfəsində xoşbəxtlik və firavanlıq arzulayıram. Azərbaycan xalqına uğurlar, cansağlığı və ölkə qarşısında dayanan bütün məsələləri həll etməyi arzulayıram. Biz Azərbaycanın uğurları ilə fəxr edirik və onlara heyranıq. İki qardaş ölkə arasında qardaşlıq münasibətlərinin daha da güclənəcəyinə ümid edirik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031