Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kiyevdən Moskvaya barış mesajı: Trend tərsinə dönür

Ukrayna prezidenti Petro Poroşenko qazax həmkarı Nursultan Nazarbayevdən Rusiya ilə Ukrayna arasındakı münasibətləri yenidən normallaşdırmaq üçün vasitəçilik etməsini istəyib. Hər halda Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinin dünən yaydığı məlumatdan belə çıxır.

Strateq.az bu məlumata istinadən xəbər verir ki, Poroşenko Qazaxıstanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinı təbrik etmək məqsədilə Nazarbayevə zəng edib. Telefon danışığı zamanı bir sıra beynəlxalq mövzularda fikir mübadiləsi aparan liderlər Ukraynanın cənub-şərqindəki son vəziyyəti də masaya yatırıblar. Və Ukrayna prezidenti Poroşenko Nazarbayevdən böhranın həlli istiqmətində vasitəçilik fəaliyyətlərini sürdürməsini xahiş edib.

AB-nin Rusiyaya qarşı sanksiyaların vaxtını 6 ay uzatdığı ərəfədə Poroşenkonun bu ricası xeyli maraqlı görünür. Belə təəssürat yaranır ki, Ukraynada artıq bu sanksiyalara çox da etibar edilmir və rəsmi Kiyev yenidən üzünü Moskvaya tərəf çevirmək, yaxud münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

Prinsipcə, Kiyev öz tərəddüdündə haqsız da deyil. Rusiya ilə münasibətlərinin pisləşməsi Ukraynaya ciddi zərbələr vurub. Bir tərəfdən iki dövlət arasında yüzillərdən bəri mövcud olan iqtisadi əlaqələr kəsilib, digər tərəfdən isə Rusiya müxtəlif bəhanələrlə Ukraynanın bir sıra torpaqlarını ilhaq edib. Kiyev isə bu fədakarlığının qarşılığını tam istədiyi şəkildə ala bilmədi.

Düzdür, Avropa və ABŞ Rusiyaya qarşı ağır sanksiyalar tətbiq ediblər. Rusiyanın iqtisadiyyatı çox çətin vəziyyətə düşün. Fəqət bu, Ukraynadakı duruma müsbət təsir etməyib. Əksinə, sanksiyalar nəticəsində bu ölkə Rusiyadan Avropaya nəql olunan  qaz kəmərlərinə tranzit ölkə statusunu da itirib.

Üstəlik, son zamanlar xüsusilə Qərbi Avropa dövlətlərinin Rusiya ilə münasibətləri yenidən yoluna qoymaq səyləri açıq-aşkar hiss olunur. Fransa senatının bu yaxınlarda sanksiyalara qarşı mütləq səs çoxluğu ilə qəbul etdiyi qərar, konfliktdən sonra Rusiyanın Suriyada fəallaşmasıyla Qərbə başlayan müsəlman köçlərinin get-gedə vüsət alması və bunun Avropada yaratdığı sosial gərginlik, “Brexit” referendumundan sonra ittifaq üzvləri arasında mərkəzdənqaçma meyllərinin artması, üstəlik Londondan öncə Afinanın da eyni yolu tutması Kiyevi ciddi şəkildə qorxudur. Gedişat AB-nin taleyini belə sual altında qoyur.

Bu da azmış kimi, Avropa ölkələri arasında Ukraynaya ən ciddi dəstək verən Türkiyə də Rusiyayla əlaqələrini bərpa etdi. Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya liderinə yazdığı məktub Ankaradan çox, Kiyevdə müzakirələrə səbəb oldu. Hətta Ukrayna prezidenti Poroşenko çıxış edərək, məktubun üzrxahlıq mesajı olmadığını, üzrün dövlətdən yox, pilot ailələrindən istənildiyini bildirərək, hadisənin Ukrayna xalqı üzərində yaratdığı xəyal qırıqlığını aradan qaldırmağa çalışdı. Qəribədir ki, Ukraynada Ərdoğanın məktubuna prezident səviyyəsində aydınlıq gətirildiyi halda, Türkiyədə bu missiya sözçüyə tapşırıldı.

Məktubun üzrxahlıq, yoxsa nəzakət və centlemenlik niyyətilə yazılıb-yazılmadığından asılı olmayaraq, türk-rus əlaqələri yenidən bərpa edildi. Bu isə ukraynalıların Qərbin xətrinə imtina etdiyi bir çox fürsətlərin başqa əllərə keçməsi, Kiyevin Rusiya ətrafında yaratmaq istədiyi blokadanın aradan qaldırılması deməkdir. Nədən ki, böhrandan əvvəl Ukraynadan keçən rus qazı bundan sonra Türkiyə və Yunanıstan üzərindən Avropaya axacaq. Ən önəmlisi isə odur ki, rus qazından asılılıqdan qurtula bilməyən avropalılar da ondan imtina etmək niyyətində deyillər.

İki illik fədakarlığının nəticəsində fiaskoyla qarşılaşan Kiyev, istər-istəməz, ruh düşkünlüyünə uğrayır və geri addım atmaq barəsində düşünür. Bu psixologiya ilə Nazarbayevə telefon açan Poroşenkonun ondan vasitəçilik xahişi etməsi də təsadüfi deyil. Zira Nazarbayev bir müddət əvvəl Türkiyə və Rusiyanın barışmasında da böyük bir səy göstərmiş və nəticə əldə etmişdi.

Türkiyə-Rusiya münasibətlərinin düzəlməsindən sonra Ukraynanın yandırılmış körpüləri yenidən bərpa etməyə çalışmasının digər sovet bloku ölkələrindən də yan ötüşməyəcəyi güman olunur. Xüsusilə Qara dəniz sahillərində yerləşən Balkan ölkələrindən… Çünki həmin ölkələr də Avropadan gözlədikləri dəstəyi ala bilməyiblər, əksinə, öncədən var olan iqtisadi, sosio-mədəni bağlantılarını da itiriblər.

Avropa Birliyinə üzvlük yolunda əldə etdikləri qazancları da ürəkaçıcı deyil. Məsələn, qazanclarından biri NATO qoşunlarının gəlib bu coğrafiyada yerləşməsidir. Bu da onların gələcəyini nəinki qorumur, əksinə, iki rəqib arasında bufer zona yaratdığından, daha artıq təhlükə altında qoyur.

Digər bir qazancları isə Qərbi Avropaya sərbəst gedib gəlmələri və ya “yeni dünyanın” fabriklərində ucuz işçi kimi çalışmaları, qadın ticarətçilərinin cinsi köləsinə çevrilmələridir. Qərbi Avropa ilə izdivacdan bu coğrafiyada inkişaf edən yeganə sektor turizmdir ki, bu da insan alverçilərinin işinə yarayır.

Bir sözlə, Qərb imperializminin bu cür “özgə” yanaşmasından onsuz da narazı qalan və Avropa Birliyinin iflasa sürükləndiyini görən Balkan ölkələri də Avrasiyaçılıq düşüncəsinə meyllənə bilərlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031