İrəvan Qarabağı qaytarmasa… – Ermənilərin müharibə qorxusu
Ermənilər yaxın aylarda Dağlıq Qarabağda müharibənin başlanmasından narahatdırlar.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu narahatlığı erməni politoloq Riçard Kirakosyan dilə gətirib.
Kirakosyan erməni xalqının ciddi təlaş içində olduğunu bildirib.
Onun sözlərinə görə, aprel döyüşləri zamanı Ermənistanın siyasi və hərbi rəhbərliyində ciddi problemlərin olduğu ortaya çıxdı.
“Geosiyasi mənzərə, Qarabağda yeni toqquşmaların ola biləcəyi ehtimalını artırır. Xüsusilə Türkiyənin İsrail və Rusiya ilə anlaşması Azərbaycanın mövqelərini gücləndirdi. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bakının İsraillə də yüksək səviyyəli münasibətləri var. Rusiya da aprel döyüşlərində göstərdi ki, Azərbaycanı Ermənistana dəyişmək fikri yoxdur. Hazırda Dağlıq Qarabağla bağlı diplomatik danışıqlar gedir və belə görünür ki, Ermənistan güzəştə məcbur edilir. Əks təqdirdə, Qarabağda yeni gərginlik baş verə bilər və bunun yaxın aylarda olacağı gözləniləndir”, – deyə erməni politoloq bildirib.