Azay Quliyevin ATƏT PA-nın vitse-prezidentliyinə namizədliyi təsdiqləndi
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq olunub.
yknews.az-ın xəbərinə görə, bu barədə Trend-ə A.Quliyev özü məlumat verib.
O, seçkilərdə qalib gələcəyinə ümid etdiyini bildirib.
Seçkilər sabah keçiriləcək.
Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəddir. Prezidentliyə 3, vitse-prezidentliyə isə 4 nəfərin namizədliyi irəli sürülüb.