Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya-Türkiyə yaxınlaşması Ermənistanı qorxuya saldı

Rusiya ilə Türkiyənin münasibətlərinin yenidən yaxşılaşması Ermənistanı qorxuya salıb. ANS PRESS-in məlumatına görə, Ermənistanın KİV-ri bu yaxınlaşmanın ölkə iqtisadiyyatına ciddi zərbə vuracağını qeyd edir. Jurnalistlər yazır ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə ilə ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırır və Türkiyə ilə barışıq prosesi başlayır. Bundan başqa Rusiya vətəndaşlarına Türkiyədə istirahətə artıq icazə verilib. Tezliklə Rusiya bazarına türk kənd təsərrüfatı (k/t) məhsullarının ixrac yolu da açılacaq: “Putin açıqlamalarında Ermənistan-Rusiya iqtisadi əməkdaşlığı, eləcə də Rusiya bazarında erməni kənd təsərrüfatı məhsullarının artımının qeydə aldındığını deyib. Həmin çıxışdan bir neçə gün sonra isə Rusiya ilə Türkiyə barışdı. Belə olan halda ilk zərbəni də elə məhz Ermənistan k/t məhsullarının istehsalçıları alacaqlar. Məsələ ondadır ki, Ermənistan kənd təsərrüfatı məhsullarının artımı onsuzda Rusiya bazarında adıçəkilən ölkə ilə iqtisadi əlaqələrdən asılı deyildi. Bu barədə Putin və bir çox erməni məmurları nağıllar danışırdı. Bu artımın olması Moskva ilə Ankaranın münasibətlərinin pozulmasından və rəsmi Moskvanın bu ölkənin Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağadan asılı idi”.

Vladimir Putin

Vladimir Putin

İndi Ermənistanda Moskva-Ankara münasibətlərinin bərpa edilməsinin yenidən erməni kənd təsərrüfatı məhsullarının Rusiya bazarında ciddi rəqiblə qarşılaşmasına səbəb olacağı haqda düşünürlər.

“Çox güman ki, yaxın vaxtlarda Türkiyə məhsullarına qoyulan qadağa götürüləcək və türklərlə keçmiş münasibətlər yenidən bərpa olunacaq. Ancaq burada bir sıra obyektiv və subyektiv halları nəzərə alaraq, etiraf etmək lazımdır ki, erməni kənd təsərrüfatı məhsullarını Türkiyə məhsulları ilə rəqabət apara bilməz. Çünki həmin məhsullar hətta yerli bazarda Türkiyə məhsulları ilə rəqabətə tab gətirmək qabiliyyətində deyil, o ki qaldı hələ Rusiya bazarında…”

İrəvan Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa edilməsinin Ermənistanın mövcudluğu üçün böyük  təhdid olduğunu özü də gözəl anlayır.

Tofiq Abbasov - politoloq

Tofiq Abbasov – politoloq

Rusiya-Türkiyə münasibətlərinin yenidən yaxşılaşmasının və bunun fonunda türk məhsullarının yenidən Rusiya bazarına çıxmasının Ermənistana ciddi zərbə olacağı fikirlərinə münasibət bildirən Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov bildirdi ki, bu çətin vəziyyətdə olan Ermənistan iqtisadiyatının vəziyyətini daha da ağırlaşdıracaq:

“Hələ ötən ilin sonlarına doğru Türkiyə – Rusiya münasibətləri korlananda ermənilər bundan maksimum yararlanmaq istədilər. Bunun üçün onlar müxtəlif dünya nəşrlərinə yazılar verdilər, hətta bu münasibətlərin pozulmasını bayram etdilər. Daha sonra isə mənfur niyyətlərini həyata keçirərək Rusiya bazarında Türkiyə kənd təsərrüfatı məhsullarının boşluğunu doldurmağa çalışdılar. Lakin düşünmək lazımdır: Axı Ermənistanın nəyi var? Onlar türk məhsullarının boşluğunu necə dolduracaqlar? Təbii ki, yaranan bu boşluqdan ermənilər maksimum istifadə etməyə çalışdılar. Ancaq iki ölkənin münasibətləri düzələn və k/t məhsullarına qoyulan qadağa götürülən kimi, Ermənistan məhsulları bazardan yenidən sıxışdırılıb çıxarılacaq”.

Politoloq hesab edir ki, belə olan halda isə Ermənistan iqtisadiyyatı yenidən ağır vəziyyətə düşəcək.

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə “Su-24” rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış ediblər.

Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putinə 2015-ci il noyabrın 24-də baş verən qırıcı qalmaqalına görə üzrxahlıq edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031