Füzulidə ev yiyəsi yandı, iribuynuzlu heyvan və ev quşları tələf oldu
Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlə yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tövlənin dam örtüyü 80 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan və ev quşları tələf olub. Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.