Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Avropa ərəbləşir: Axın artıq onmilyonlarladır

2015-ci ildə 65,3 milyon insanın öz ölkələrindən didərgin düşməsi qaçqın məsələsini çox aktuallaşdırıb. 

Axar.az “Mepanyus”a istinadla statistikanı təqdim edir:

Suriya 

Bu ölkə vətəndaşlarının 60 faizi evlərindən uzaqlarda yaşayır. 5 il öncə Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlardan sonra milyonlarla suriyalı başqa ölkələrə köç etməyə başladı. 2011-ci ildə suriyalı qaçqınların sayı 1 milyondan aşağı idisə, bu gün bu rəqəm 12,5 milyona yüksəlib. Suriyalılar ABŞ, Türkiyə, Kanada və Avropa kimi ölkələrə köç edir, sığınacaq istəyirlər.

Somali 

Somali qaçqınlarının da sayı hər keçən gün durmadan artır. BMT-nin məlumatlarına görə, 1990 və 2015-ci illər arasında Somalidə dünyaya gələn, ancaq ölkə xaricində yaşayanların sayı iki dəfədən çoxdur. Bu müddət ərzində bu say 850 mindən 2 milyona qədər yüksəlib. Bir çox somalili qonşu ölkələrdə və ABŞ-da qaçqın statusunda yaşayır. Bir qismi isə Avropadan sığınacaq almaq üçün bu ölkələrə səfərlər edirlər. Avropadan sığınacaq tələb edənlərin əksəriyyəti qaçqın statusu alıb.

Əfqanıstan 

Avropaya sığınan qaçqınların təxminən yarısını əfqanlar təşkil edir. 2008-ci ildən bu yana 198.500 insan sığınma tələbi ilə Avropa ərazisinə daxil olub. Sığınacaq alanların yarısı ötən il Avropaya daxil olub.
İsveç ərəbləşir

Miqrantların hesabına əhalisi sürətlə artan ölkələr sırasında İsveç birincidir. Bu nisbət 2015-ci ildə 16.8 faizidisə, bu il bu rəqəm 18,3 faizə yüksəlib. Bu müddət ərzində Norveç və Avstriyada bu statistika 1 faiz təşkil edib. Daha az miqrant qəbul etdikləri üçün Fransa və Böyük Britaniyada artım az müşahidə edilib.

Avropa üçün marşrut sayı da artır

Qaçqınların Avropaya getmək üçün marşrut sayında da artım var. 2015-ci ildə təxminən 1.8 milyon nəfər qeyri-qanuni yollarla Avropa Birliyi sərhədlərini keçdi. Bu rəqəm 2014-ci ildə 280.000, 2013-ci ildə isə 100.000 təşkil edirdi. Türkiyədən Yunanıstana keçmək istəyənlərin əksəriyyəti də suriyalı, əfqan və iraqlılar olub. Şərqi Aralıq dənizi marşrutlarından istifadə edənlərin sayı 2014-cü ildə 50.000 idisə, 2015-ci ildə bu rəqəm 900.000-ə yüksəlib. İtaliya və İspaniyaya getmək istəyənlər isə Mərkəzi Aralıq dənizindən istifadə edib.

Avropalılar qorxur

“Pyu” Araşdırma İnstitutu tərəfindən 2016-ci ildə 10 Avropa ölkəsində aparılan müşahidələrə görə, Avropa ölkələrinin əksəriyyəti (Yunanlar 94 faiz, isveçlilər 88 faiz, italyanlar 77faiz) AB-nin qaçqın problemini müzakirə etməsini qəbul etmir. AB-nin qaçqın problemini müzakirə etməsinə ən çox dəstək verən ölkə isə Hollandiyadır.

ABŞ-a axın istiqaməti dəyişir 

Ötən 30 il ərzində ABŞ-a miqrasiya edənlərin əksəri Vyetnam və Kambocadan olub. ABŞ-a mühacirət edən vətəndaşların sayı 1980-ci ildə 210.000-a yüksəlmişdi. Sovetlər Birliyindəki siyasi böhran, Kosovadakı soyqırımla bağlı Avropadan da ABŞ-a böyük miqrant axını müşahidə edilirdi. 2016-ci ildə ABŞ-a miqrasiya edənlərin əksəriyyətini Myanma, Demokratik Konqo Respublikası və somalilər təşkil edib.

ABŞ xalqı narahatdır 

Kütləvi şəkildə miqrantların qəbulu Amerika xalqı tərəfindən də xoş qarşılanmır. 2015-ci ilin noyabr ayında Parisdəki İŞİD hücumlarından sonra “Blumberq Politiks” tərəfindən keçirilən sorğuya görə, suriyalı qaçqınları istəməyənlər 53 faiz, yalnız xristian miqrantların gəlişini dəstəkləyənlər isə 11 faiz təşkil edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031