“Avro 2016”: Almaniya yarımfinalda
Avropa çempionatının 1/4 final mərhələsində növbəti oyun keçirilib Bu dəfə Almaniya millisi İtaliya ilə qarşılaşıb. “Erkən final” adlandırılan oyunda hesabı Almaniya komandası açıb. Belə ki, oyunun 64-cü dəqiqəsində Almaniya Məsut Özilin qolu ilə hesabda irəli çıxıb – 1:0. Lakin matçın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən hesabı bərabərləşdirib – 1:1.
Oyunun əsas vaxtı elə bu hesabla yekunlaşıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyib.
Penaltilər mərhələsində isə daha dəqiq olan Almaniya yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinalda mübarizə aparacaq ilk cütlük Uels və Portulqaliya komandalarıdır.
Almaniya isə yarımfinalda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq.