Putin Finlandiya prezidentini HƏDƏLƏDİ
Rusiya Prezidenti Vladimir Putin , Finladiya səfəri zamanı NATO-ya qarşı sərt sözlər işlədib.
Finlandiyanın Prezidenti Sauli Niinisto ilə bir araya gələn Putin, Finlandiyanın NATO üzvlüyünə səssiz qalmayacaqlarını bildirib.
Rus əsgərlərinin sərhəddən uzaqda olduğunu xatırladan Putin, bu üzvlüyün vəziyyəti dəyişdirəciyini bildirib.
“Ordumuz sərhəddən 1500 km içəridədi. Bunu belə saxlayacağımızı düşünürsünüz?. NATO üçün ölməyinizə ehtiyac yoxdur”,-deyə o Finlandiya prezidentinə xəbərdarlıq edib.
NATO-nun Baltik ölkələrində fəaliyyətlərini artırmasını tənqid edən Putin, Finlandiyanın tərəfsiz qalmasının vacib olduğunu da vurğulayıb.
Finlandiya Prezidenti Niinisto isə Baltik dənizi üzərində Rusiya və NATO qırıcı təyyarələrinin kimlik cihazlarını bağlamalarını tənqid edib.