Firidun bəy Köçərlinin görmədiyiniz FOTOLARI
Yəqin ki, Firidun bəy Köçərlini tanımayan az adam olar. Ən azından orta məktəb və universitet illərində onun yazdığı “Azərbaycan ədəbiyyat tarixi” kitabını oxuyublar… Bu dəfə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin haqqında hansısa yazını yox, onun həyat və fəaliyyətini əks etdirən fotoları təqdim edirik. Əlyazmalar İnstitutundan əldə etdiyimiz bu fotoların əksəri internetdə ilk dəfədir yayımlanır.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (ortada) seminariya yoldaşları ilə
Rəşid Əfəndizadə, Firidun Bəy Köçərli və b. Qoridə
Firidun bəy Köçərli Qoridə tələbələri ilə
Firidun Bəy Köçərli Qoridə müəllim yoldaşları ilə
Firidun Bəy Köçərli, S.Qənizadə, R.Əfəndizadə Qazaxda tələbələri ilə
Firidun bəy Köçərli və Badisəba xanım qohumları ilə Şuşada
Firidun bəy Köçərli qohumları ilə Şuşada
Firidun bəy Köçərli və Badisəba xanım ailə üzvləri ilə