“Erməni soyqırımı”nı inkar edənlər cəzalandırılacaq – Fransadan növbəti anti-türk həmləsi
Fransa Milli Assambleyası (parlament aşağı palatası) iyulun 1-də hökumət tərəfindən “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif edilən düzəlişi bəyənib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, düzəliş bəşəriyyətə qarşı baş vermiş cinayətləri inkar edənlərə və ya onun əhəmiyyətini azaltmaq istəyənlərə münasibətdə cəza tətbiqini nəzərdə tutur.
Qanun layihəsində xüsusi olaraq qeyd edilir ki, bu həm də uydurma “erməni soyqırımı”na aiddir. Düzəlişə əsasən qanunu pozanları bir ilə kimi azadlıqdan məhrum etmə və 45 min avro məbləğində cərimə gözləyir.
Qanun layihəsi baxılması üçün Senatın müzakirəsinə veriləcək.
Xatırladaq ki, 2012-ci ilin fevralında analoji qanun layihəsini Fransanın Konstitusiya Şurası rədd edib. Qanun layihəsinin təşəbbüskarı prezident Fransua Ollanddır.