Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü qeyd olundu

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbirdən öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirliyin kollegiya üzvləri, məsul əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.

Tədbir Azərbaycanın dövlət himninin oxunması, Heydər Əliyevin və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan polisinin tarixindən danışan R.Usubov bildirib ki, Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı fərmanla 2 iyun Azərbaycan Polisi Günü elan edilib: “Ölkəmizdə polisin tarixi dövlətçilik tarixi  ilə sıx bağlı olub, bütün xalqımız kimi, polis də ilk demokratik cümhuriyyətimizin  yaranması və tənəzzülünü, sovet dövrünü, İkinci Dünya Müharibəsinin  fəlakətlərini öz taleyində yaşayıb”.

Nazir deyib ki, 2002-ci illə müqayisədə cinayətlər 28 faiz azalıb, cinayətlərin açılması 95 faiz yüksəlib, bağlı qalmış cinayətlər 13 dəfə azalıb. Hazırda Bakı Metropoliteni də daxil olmaqla, ölkə ərazisində 110 mindən çox videokamera ilə daimi müşahidə aparılır. 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və bölgələrdə 7 minə yaxın şəxs qəbul edilib.

R.Usubov qeyd edib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirib: “Təkcə 2015-ci ildə və cari ilin ötən dövründə respublikanın müxtəlif yerlərində  keçirilmiş 800-ə yaxın kütləvi və beynəlxalq tədbirdə, o cümlədən Birinci Avropa Oyunlarında, “Formula-1” Avropa Qran-Piri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub”.

R.Usubov nəzərə çatdırıb ki, xüsusi xidmətlərinə görə müstəqillik illərində 1211 DİN əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb: “Bu peşə bayramı ərəfəsində də ölkə prezidentinin sərəncamı ilə 41 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib”.

Tədbirdə xüsusi tapşırıqların yerinə yetirilməsində fərqlənmiş bir qrup DİN əməkdaşının təltif edilməsi və mükafatlandırılması barədə dövlət başçısının sərəncamı və daxili işlər nazirinin müvafiq əmrləri oxunub. R.Usubov ali xüsusi və yeni rütbələrin poqonlarını, dövlət təltiflərini və digər mükafatları sahiblərinə təqdim edib.
Təntənəli mərasimin sonunda DİN mətbuat xidməti tərəfindən hazırlanmış “Asayişin və sabitliyin keşiyində” sənədli filmi nümayiş olunub(apa).

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031