Prezidentlər əvvəl Parisdə, sonra ABŞ-da görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan avqust ayında Parisdə görüşəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Məlumata görə, Paris görüşündən sonra prezidentlərin ABŞ-da da görüşü gözlənilir.
“ABŞ görüşü ya sentyabr, ya da oktyabr ayında nəzərdə tutulur. ABŞ görüşü Paris görüşünün nəticəsindən asılı olacaq”, – deyə Ermənistan XİN-dəki mənbə bildirib.