Erməni silahlı bölmələri atəşkəsi yenə pozublar
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.