ATƏT PA Tiflisdə Qarabağ münaqişəsini müzakirə edəcək
ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası bu gün Tiflisdə öz işinə başlayır.
Publika.az ATƏT-in saytına istinadən xəbər verir ki, sessiya “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirmək” mövzusuna həsr olunub.
Sessiyanın açılış mərasimində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlament sədri David Usubaşvili, baş nazir Giorgi Kvirikaşvili, ATƏT PA rəhbəri İlkka Kanevra və qurumun fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış edəcək.
Sessiyada Dağlıq Qarabağ münaqişəsi zonasında son hərbi gərginlik, həmçinin, Ukrayna münaqişəsi, Gürcüstanda “dondurulmuş” münaqişələr, Krımda fundamental azadlıqlar, Avropada neonasizm müzakirə olunacaq.
ATƏT PA iqlim dəyişikliyi ilə bağlı məsələləri də gündəmə gətirəcək.
Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyəti təmsil edəcək. Sessiya iyulun 5-dən davam edəcək.