Putin: “Türkiyə Rusiyadan üzr istəyib”
Rusiya prezidenti Vladimir Putin Türkiyənin ölkəsindən rəsmən üzr istədiyini bildirib.
Rusiya KİV-i xəbər verir ki, xarici ölkələrdəki səfirlər və daimi nümayəndələrlə görüşən Putin yaxın günlərdə ikitərəfli münasibətlərin bərpa olunacağını deyib.
“Dünən hamınız bildiyiniz kimi, Türkiyə prezidenti ilə telefon danışığım baş tutdu. Rusiyanın qırıcı təyyarəsinin vurulmasına görə Türkiyə tərəfinin üzr istədiyi də məlumdur. Bunu nəzərə alaraq, ikitərəfli əməkdaşlığı bərpa etmək üçün addımlar atılacaq”.
Rusiya təyyarəsi 2015-ci ilni noyabrında Rusiya-Suriya sərhədində vurulmuşdu.
Hadisədən sonra Moskva Ankaraya qarşı turizm və kənd təsərrüfatı sahəsində bir sıra sanksiyalar tətbiq etmişdi. Yaxın günlərdə həmin sanksiyaların aradan qaldırılacağı gözlənilir.