Laçınlı məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar.Laçın Rayon İcra Hakimiyyətindən bildiriblər ki, zəmilərdən 4183 ton məhsul əldə edilib. Hər hektarda məhsuldarlıq orta hesabla 28 sentnerdir.
Qeyd edək ki, laçınlı kənd təsərrüfatı istehsalçıları tərəfindən cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 212 hektar buğda, 1306 hektar isə arpa olmaqla, 1518 hektarda taxıl əkilib.