ATƏT sədri Qarabağ separatçılarının lideri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının “lideri” Bako Saakyanla görüşüb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə münaqişənin nizama salınması, mövcud vəziyyətdən çıxış yolları müzakirə olunub.
Qeyd edək ki, ATƏT sədri iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib. Valter Ştaynmayer bu gün Azərbaycana gələcək.