Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Almaniyanın Qarabağa dair həll planı yoxdur

Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayerin Ermənistana və Azərbaycana səfəri yekunlaşdı. Səfər və verilən açıqlamalar nə ilə yadda qaldı?

“Atlas” araşdırmalar mərkəzi mövzu ilə bağlı təhlil dərc edib. Onu təqdim edirik:

Birincisi, ATƏT-in keçmiş sədrləri kimi hazırkı sədr Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə acizdir. Bunu Valter Ştaynmayerin İrəvan və Bakıda verdiyi açıqlamalar da göstərir. Halbuki, aprel döyüşlərindən dərhal sonra Almaniya XİN Dağlıq Qarabağ münaqişəsinin həlliylə 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer də bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi.

İkincisi, Valter Ştaynmayerin bölgəyə səfəri zamanı verdiyi açıqlamalar da göstərir ki, Berlin ATƏT-ə sədrlik etdiyi müddətdə cəbhə bölgəsində atəşkəsin qorunmasına çalışır. Çünki, Ştaynmayerin Bakıda verdiyi açıqlamalardan aydınlaşır ki, Berlin yaxın zamanlarda danışıqlardan nəticə əldə edilməyəcəyi halda bölgədə növbəti eskalasiyanın yarana biləcəyindən ehtiyatlanır.

Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər haqqında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində də fikir mübadiləsi aparılmışdı. Ancaq rəsmi Bakı ATƏT monitorinq qrupunun bir neçə nəfərlə artırılması xaricində “insidentlərin araşdırılması mexanizminin” əleyhinədir, çünki bu Ermənistanın maraqlarına cavab verir və “status-kvo”nun uzanmasına aparır.

Üçüncüsü, Valter Ştaynmayer Bakıda Qarabağdan olan məcbur köçkünlərlə görüşündə deyib ki, Berlin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsinə çalışacaq.

Bu təşəbbüsün reallaşması Azərbaycanın maraqlarına cavab verir. Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağın separatçı liderlərini danışıqlara cəlb etmək istəyir. Rəsmi Bakı bunun əleyhinədir və mövqeyi belədir ki, Dağlıq Qarabağın erməni icması sonrakı mərhələdə danışıqlara qatıla bilər, bundan əvvəl isə Ermənistan silah qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər. Rəsmi Bakı Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun genişlənməsinin tərəfdarıdır. Ancaq rəsmi İrəvan buna mane olur.

Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında iki yeni xəbər də diqqəti çəkdi. Birinci xəbər ondan ibarətdir ki, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkinci xəbər isə odur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək.

Bu səfərlər və görüşlər hələ ki, münaqişənin həllinə yox, atəşkəsin uzunmüddətli olmasına köklənib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930