Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Volfqanq İşinger: “NATO bütün praktik məsələlərədə ABŞ-ın idarə etdiyi təşkilatdır”

Janna Nemtsova

Deutsche Welle (Almaniya), 29.06.2016

Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşinger alman nəşrinə müsahibəsində NATO və Rusiyanın 1997-ci ildə əslində nə barədə razılaşdığı, həmçinin Qərbin səhvləri və Çinin artan qüdrəti haqda danışır.

Deutsche Welle: Cənab İşinger, birinci və sonuncu görüşünüzdə Vladimir Putin sizdə necə təəssürat yaradıb?

Volfqanq İşinger: Biz ilk dəfə 15 il əvvəl, onun prezuidentliyinin lap başlanğıcında görüşdük. Onunla iş görmək xoş idi. O vaxt bizim hökumətlərimiz ən müxtəlif problemlərin üzərində birgə işləyə bilirdi. Lakin son zamanlar başqa Putinlə üzləşdik – Qərbə, xüsusən də ABŞ-a  kinli olan adamla. O, Qərblə münasibətlərdən məyus olub Rusiyanı Avropadan uzaqlaşdıran siyasətə istinad etdi. Mən buna təəssüflənirəm və ümid edirəm ki, Rusiyanın cari siyasət kursu dəyişiləcək və biz yenidən əməkdaşlıq edəcəyik. Mən əminəm ki, Avropa Rusiyaya  lazımdır, Avropa isə öz növbəsində Rusiya ilə normal münasibətlərsiz tərəqqi etməyəcək.

-Putinin son iki ildə etdikləri sizin üçün sürpriz oldumu?

-Biz Qərbdə uzun müddət Rusiyanı başa düşmədik, Putin və Medvedyevun son 7-8 ildə bizə göndərdiyi siqnallara etinasız yanaşdıq. Putinin 2007-ci ildə Münhen çıxışını yada salın. O vaxt təkcə dinləmək deyil, həm də eşitsəydik, onda, ola bilsin, sonradan baş verənlər bizi o qədər də şoka salmazdı.

-Siz Putunin təhlükəsizlik üzrə 2007-ci il Münhen konfransında nitqini nəzərdə tutursunuz. O o zaman birqütblü dünyanın sonunu car çəkdi, NATO-nun şərqə genişlənməyi ilə bağlı onun ünvanına tənqid yağdırdı və dedi ki, Rusiya öz müstəqil xarici siyasətini aparacaq. Bu bəyanatları eşidərkən nə hiss etdiyinizi xatırlayırsınız?

-Mən o zaman digər xeyli dinləyici kimi eyni səhvi buraxdım. Biz bunu ciddi qəbul etmədik. Fikirləşdik ki, bu, sadəcə, nitqdir. Düzdür, mən o vaxt hələ təhlükəsizlik üzrə Münhen konfransının sədri deyil, sadəcə, iştirakçılardan biriydim. Biz bütün bunlara ciddi yanaşmalıydıq. Xüsusən də Vaşinqton. Qərb 2007-2008-ci illərdə Rusiyanın narahatlığına xüsusi fikir vermir, Moskvaya əhəmiyyət vermədən öz planlarını gerçəkləşdirirdi. 2008-ci ildə isə Gürcüstanda hərbi münaqişə başlandı. Bu gün Putini daha diqqətlə dinləyirik.

-Yəni Putin öz məqsədinə çatdı – indi onu ciddi qəbul edirlər?

-Mən əslində bu cür düşünmürəm. Bəli, onu ciddi qəbul edirlər, lakin Rusiya ölkənin gələcəyi üçün həqiqətən önəmli olan dünya bazarlarında rəqabət qabiliyyəti, iqtisadiyyatın modernləşdirilməsi kimi sahələrdə getdikcə daha çox itirir. Bu gün Rusiyada 15 yaşlı yeniyetmənin gözlənilən ömür müddəti Afrikanın ən az inkişaf etmiş ölkəsindəki yaşıdınınkı qədərdir. Hesab edirəm ki, bu, rüsvaylıqdır. Başqa sözlə, səhiyyə sahəsində, sosial mühitdə problemlər var. Təəssüf ki, Rusiya iqtisadi planda tənəzzüldədir. Biz isə çiçəklənən Rusiyanı görmək istyəirik, Rusiya ilə ticarət etmək istəyirik. Bu, indi mümkün deyil, çünki Rusiyanın daha pulu yoxdur.

-Putinin Münhen nitqinə qayıdaq: o zaman NATO-nu alyansın guya şərqə genişlənməyini istisna edən sazişləri pozmaqda ittiham etdi. Bu tənqid əsaslandırılmış idi?

-NATO-nun nəyisə pozmaqda ittiham etmək əsassızdır. Rusiya və NATO 1997-ci ildə Təməl akt imzaladı. Mən bu danışıqlarda Almaniyanı təmsil edirdim, ona görə də nədən danışdığımı bilirəm. Artıq o zaman məlum idi ki, NATO genişlənmək niyyətindədir və Rusiya bu sənəddə NATO-nun planları ilə razılaşdı. Orada deyilir ki, NATO genişlənəcəyi halda alyansın yeni üzv ölkələrində daimi hərbi baza yerləşdirməməyi öhdəsinə götürür. NATO-nun əvəllər əldə edilmiş razılaşmaları və üzərinə götürdüyü öhdəklikləri hazırda pozmağı haqda iradlar, sadəcə, axmaqlıqdır. Bu sənəd əlçatandır – o cümlədən rus dilində. Lakin etiraf etməliyəm ki, biz 2008-ci ildə NATO-nun Gürcüstanla Ukraynanın alyansa sürətləndirilmiş girişi haqda proseduru müzakirə etdiyimiz Buxarest sammitində son dərəcə dərinə getdik. Biz bu niyyətin Rusiya hökumətində, o cümlədən hərbçilərində hansı qəsblər doğuracağını lazımınca qiymətləndirmədik. Onlar bunu Rusiya üçün təhdid kimi qiymətləndirdilər ki, əlbəttə, bu cür deyil.

-Yəni belə çıxır ki, Putin NATO-nun heç vaxt genişlənməmək haqda vədində təkid etməklə yalan danışır?

-Belə çıxır, bəli. Hesab edirəm ki, bu, sadəcə, tarixi baxış nöqtəsindən nəzakətsizlikdur.

-Bəs düzdürmü ki, Putin öz prezidentliyinin başlanğıcında Rusiyanın NATO-ya girməyi haqda düşünürdü?

-Mən bu ideyanı heç vaxt geçəkləşdiriləsi saymamışam. Çünki düzünü desək, NATO bütün praktik məsələlərədə ABŞ-ın idarə etdiyi təşkilatdır. Rusiya ABŞ-ın aparıcı rol oynadığı alyansın üzvü olmağa hazırlaşmır. Və mən dəqiq bilirəm ki, Putin yetərincə tez bu qənaətə gəldi ki, Ştatların davranışı Rusiyanın maraqlarına ziddir və bu ölkəyə qarşı etirazlı çıxışlar etmək lazımdr.

-Onun buna əminliyi əsaslıdır?

-Xeyr, mən belə düşünmürəm.

-Lakin rusiyalıların əksəriyyəti məhz bu cür düşünür.

-Bəli, bilirəm. Lakin bizim amerikalı bəzi tərəfdaşlarımız da səhvlər buraxırlar. Onlar Rusiyanın həssaslığını gərəyincə qiymətləndirmirlər. Rusiya haqda məşhur ifadəni xatırlayırsınız: “Bu ölkə etinasız yanaşmaq mümkün olan orta qüvvədir”? Bu, ağılsızlıqdır. Rusiya məğrur ölkədir. Rusiyalılar qürurlu millətdir. Bu, sayğıya layiq böyük bir millətdir. Siyasi psixologiya baxımından Qərb də, ABŞ da, NATO da səhvlər buraxır. Məsələn, mən şəxsən hesab edirəm ki, hazırda NATO ölkələrində RƏM sistemi yerləşdirməyə ehtiyac yoxdur. Bu, Rusiyada daha böyük soyuqluq doğuracaq.

-Hazırda Rusiyada NATO ilə mümkün müharibə haqda diskussiyalar gedir. Eyni zamanda xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya NATO ölkələrinin heç biri ilə vuruşmağa hazırlaşmır. Bu o deməkdirmi ki, Rusiya NATO üzvü olmayan ölkəyə müharibə elan edə bilər?

-Sergey Lavrovun sözlərini şərh etmək və yaxud altmənalar axtarmaq niyyətində deyiləm.

Onda sualı birbaşa verim. Belarus və Qazaxıstan kimi ölkələrin narahat olmağına dəyər ki, Rusiya üçün növbəti hədəf ola bilər?

-Son zamanlar Rusiya rəhbərliyindən eşitdiklərim, təhlükəsizliklə bağlı oxuduğum sənədlərin hamısı ona işarə edir ki, Kremlin fikrincə, ölkənin təhlükəsizliyini və ərazi bütövlüyünü ancaq onun ətrafında bufer zona yaratmaqla təmin etmək olar. Və bu bufer zonanın daxilindəki dövlətlər başqa heç bir alyansın üzvü olmamalıdır. Onlar Rusiyaya dost olmalıdır.

-Siz dediniz ki, NATO-da aparıcı rolu ABŞ oynayır. Putin bu gün düyanın birqütblü olduğunu bildirməklə haqlıdırmı?  

-Düşünürəm ki,  ABŞ birqütblü dünya epoxasının çatdığını bildirərkən Rusiya güclü diskomfort hiss etdi. Bu, 1999-2000-ci illərdə baş verdi. Düşünürəm, Putin o zaman qət etdi ki, ABŞ-ın ağalığı şəraitində Rusiya yox olacaq. Və mən Rusiyanın baxış nöqtəsini və Moskvanın Rusiyanın öz rolu olacağı çoxqütblü dünya qurmaq istəyini anlayıram. Düşünürəm ki, Moskvada Çinin güclənən rolunu da başa düşürlər. Mən rusiyalı olsaydım, gələcəkdə özündən razı Çun rəhbərliyinə, milyardlıq əhalisi olan və iqtisadiyyatın həcminə görə ABŞ-la rəqabətə girən ölkəyə qarşı durmaqdan ötrü Qərb cinahında, yəni AB-də etibarlı tərəfdaşlara malik olmağa üstünlük verərdim. Fikrimcə, Rusiyaya düşmənlər deyil, dostlar lazımdır. Və biz məhz potensial dostlarıq.

Tərcümə Strateq.az-ındr.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930