Vladimir Putin Türkiyəyə qarşı turizmməhdudiyyətlərini aradan qaldırdı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hökumətə tapşırıq verib.
Vladimir Putin hökumətə, həmçinin Türkiyə ilə ticari əlaqələr də daxil olmaqla, bütün sahələrdə münasibətlərin normallaşdırılmasını tapşırıb.
İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığında iki ölkə arasında münasibətlərin yenidən canlandırılması məsələləri müzakirə edilib(azərtac).