Keçmiş səfir işğal altındakı Azərbaycan ərazilərinə getdi
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib.
yknews.az APA-ya istinadən bildirir ki, o, “Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bakı Saakyanla görüşüb.
Xatırladaq ki, Con Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.