Almaniya XİN-dən Dağlıq Qarabağ açıqlaması
Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır.
Diplomat təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir(trend).