Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya-Türkiyə barışığı Qarabağı azad edə bilər?

Rusiyanın “Su-24” qırıcısının vurulmasından yeddi ay sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya baş verənlərə görə üzrxahlıq etdi. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinə göndərilən məkubun mətni yayıldıqdan sonra açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım isə əvvəlcə Rusiyaya təzminat ödənilə biləcəyini də istisna etmədi, sonra isə təzminatdan söhbət getmədiyini dedi.

Bununla da Türkiyə Rusiyanın tələb etdiyi şərtləri yerinə yetirmiş olur. Əlbəttə ki, Avrasiyanın ən qədim tarixə malik olan iki dövlətinin soyuq münasibətləri regionun digər ölkələrinə də təsirsiz ötüşmürdü.

İki lider dövlətin münasibətlərini yenidən bərpası nə vəd edir?

Adıçəkilən dövlətlərin rolunu nəzərə alsaq, onların soyuq münasibətinin regiona mənfi təsirlərinin olduğunu da görmək elə də çətin deyil. Məhz bu səbəbdən bir çox ölkələr Rusiya-Türkiyə münasibətlərinin nomallaşması üçün səylərini əsirgəməyiblər. Xüsusilə onların strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycan. Hər iki ölkə ilə geniş siyasi və iqtisadi bağlarımız var. Ona görə də Azərbaycanda münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik təklif etmişdi.

Bunu Türkiyənin baş naziri Binali Yıldırım  özü də bu gün etiraf etdi. O, yaxınlaşmada əməyi keçənlərə, o cümlədən Azərbaycana xüsusi təşəkkürünü çatdırdı.

Rusiya və Türkiyə arasında münasibətlərin korlanması təmas xəttində baş verən hadisələr zamanı da özünü açıq-aşkar büruza verdi. Çünki aprel ayında təmas xəttində baş verən toqquşmalara görə Rusiya və Türkiyə bir-birini günahlandırmağa üstünlük verdi.

Rusiya Türkiyəni Azərbaycanı müharibəyə təhrik etməkdə, Türkiyə isə Rusiyanı Ermənistana dəstək verməkdə günahlandırırdı.

Hazırda isə Azərbaycan üçün əsas sual budur – iki böyük dövlətin yenidən dostlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirib ki, Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşması bölgədəki gərginliyi azaldacaq.

“Gərginliyin azalması Dağlıq Qarabağ münaqişəsinə də prinsipial olmasa da müəyyən təsirini göstərəcək. Danışıqlar zamanı qarşıdurma və qərəzli yanaşmalar müəyyən qədər səngiyəcək. Münaqişənin həllində Rusiyanın mövqeyini bir az da olsa yumşaltmaq mümkün olacaq”.

Amma politoloq deyir ki, Rusiyanın münaqişənin həllində Azərbaycana konkret güzəştlər etməsi real görünmür.

“Rusiya Türkiyə ilə münasibətləri yaxşılaşdırsa belə Dağlıq Qarabağ münaqişəsi ətrafında “status-kvo”nu saxlamaqda maraqlıdır. Amma hazırda münaqişənin həlli ilə bağlı prosesə Almaniya qoşulur. Türkiyə daxil olmaqla digər aparıcı dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu Rusiyaya vermək niyyətində deyillər”, – deyə siyasi şərhçi bildirib.

Keçmiş səfir, politoloq Fikrət Sadıqov da ANS PRESS-ə açıqlamasında ermənilərin Rusiya və Türkiyə arasında baş verən gərginliklərdə öz xeyirləri üçün istifadə etməsindən danışıb.

O bildirib ki, ermənilər Rusiya və digər ölkələrdə Türkiyənin əleyhinə kampaniyalar həyata keçirməyə çalışdılar.

“İki ölkə arasında münasibətlərin yaxşılaşması ermənilərin Türkiyə əleyhinə kampaniyalarını azalda bilər.  Türkiyəyə qarşı atılan hər hansı mənfi addım Azərbaycan üçün də xoşagələn deyil. Əlbəttə ki, Ankara və Moskvanın dostlaşması erməniləri məyus edir”.

Türkiyə bir gün ərzində iki uğura imza atdı. Çünki həm İsraillə, həm də Rusiya ilə arasındakı buzları əritdi.

Yəqin ki, bu uğurların arxası gələcək. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu postuna seçildiyi vaxt “qonşularla sıfır problem” siyasəti həyata keçirəcəyini bəyan etmişdi.

Amma Türkiyənin hələ Misir, Suriya, İraq, İran, Almaniya kimi dövlətlərlə və həmçinin Avropa Birliyi ilə həll edilməmiş problemləri qalmaqdadır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930