“Dördgünlük müharibə” zamanı Sarkisyanın gizlətdiyi daha bir SİRR
“Aprel döyüşləri zamanı Ermənistan ordusunun rəhbər şəxsləri sıravi əsgərlərin həyatını qorumayıb”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “İrs” partiyasının deputatı Zarui Postandjyan deyib.
Onun sözlərinə görə, hakimiyyət çox şeyi gizlədir: “Ölkə rəhbəri dedi ki, ərazilər əsas deyil, əsas olan əsgərlərin həyatlarının qorunmasıdır. Lakin yayılan videokadrlar aprel hadisələri zamanı əsgərlərin həyatının qorunmadığını göstərdi. Bəzi əsgərlər qabaqda qalmışdı, lakin onlara heç kim döyüş əmrini vermədi. Əvəzində rəhbər şəxslər qaçmışdılar”.
Z. Postandjyan qeyd edib ki, indi erməni xalqı daxildəki düşmənə – hakimiyyətə qarşı da mübarizə aparmalıdır.