Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dərin dövlətin Atatürk layihəsi – Böyük sirr

Bir çox tarixçinin iddiasına görə, Atatürkü Türk dərin dövləti ortaya atmışdır. Mustafa Kamal isə, onların dəstəyi ilə Türk millətini məhvdən və məğlubiyyətdən qurtarmış, respublika qurmuşdur.

Ölkə.az xəbər verir ki, türkiyəli yazıçı Fatih Beyhan Atatürk Osmanlı dərin dövlətinin adamı idi deyərək, müəyyən faktlara açıqlıq gətirib. O, “Atatürkün böyük sirri” kitabında bu məsələyə toxunub.

Sultan Vəhdəttin və Mustafa Kamal Samsuna hərəkət etmədən öncə, son gecə ikilikdə bir neçə saat söhbət etmiş və and içmişdilər. Görüş zamanı əldə olunan razılığa əsasən, Sultan vətəni qorumaq üçün İstanbulda düşmən dövlətlərin diqqətini üzərinə çəkəcək, sülh və razılıq oyunu ilə vaxt qazanacaqdı. Digər tərəfdən isə, işğalları bitirmək, Anadolunun təhlükəsizliyini təmin etmək üçün fəaliyyətə başlamalı idi. Mustafa Kamal Paşa isə, Samsundan başlayaraq Anadoluda təşkilati işlərə başlamalı, hərbi və idari sistemi formaya salmalı, bu vasitə ilə işğallara qarşı sivil və hərbi hərəkata rəhbərlik etməli idi. Anadolunun qurtuluşu bu iki yoldan hansı ilə təmin edilsə, Vəhdəttin və Mustafa Kamaldan bir digərinin yolunda özünü fəda etməli idi.

Bu anlaşmanın surəti Sabiha Sultanda və Vahdettinin özəl yavərindədir. Anlaşmaya əsasən, ingilis siyasəti əleyhinə yeni strategiya ortaya atılmışdır. Sultan və Atatürk arasında olan ixtilaf əvvəlcədən danışılmış, planlaşdırılmış döyüş kimidir. Hətta Mustafa Kamal haqqında çıxarılan edam fərmanı da əvvəldən razılaşdırılıb. Mustafa Kamal bu barədə Ankarada Milli Məclisdə bir çıxışı zamanı etiraf edib: ”Sultan özəl yavərini yanıma göndərdi. Biz Düzcedə görüşdük”. Sonra isə, Atatürk Vahdettinin ona göndərdiyi xüsusi məktubu göstərib. Məktubda: “İngilis süngüsü altında belə bir qərar vermək məcburiyyətindəyəm. Bu qərarı almağım sənin məqsədinə doğru addımlayacağın yolda kefini pozmasın” yazılıb.

Məktubdan və Sultanla Atatürk arasında gedən söhbətdən belə məlum olur ki, ikili arasında Ingiltərəyə qarşı siyasi oyun qurulub.

Fatih Beyhanın fikrinə görə, Sultan Vəhdəttinin ingilis gəmisi ilə getməsi də Türkiyənin qurtuluşu üçün özünü fəda etməyini təsdiq edir. Sultan, ingilisləri özünə tam inandırmaq üçün onların gəmisinə mindi və ölkəni tərk etdi. Sonradan ingilislər ondan istifadə etmək istəsələr də, Vəhdəttin buna fürsət verməyib. Unutmaq lazım deyil ki, Vəhdəttin şahzadə olduğu dövrdə Atatürklə tanış idi və Mustafa Kamal onun seryavəri idi. Birlikdə Almaniyaya səyahətə çıxmışdılar və bu səfər zamanı Anadoludakı vəziyyəti ətraflı müzakirə etmişdilər.

Mustafa Kamalın Vəhdəttinlə qurduğu münasibət və Almaniya səfəri sonrakı həmlələrində də hər zaman avantaj əldə etməyinə səbəb olub. Sultana bağlı olan dərin təşkilatlanma Mustafa Kamala da tam mənası ilə etibar etmişdir. Samsuna göndərilmədən əvvəl Daxili Nəzarət İdarəsindən olan Məhmət Əli bəy, Mustafa Kamalı Şişlidəki (İstanbulda səmt) evində ziyarət edib. Bundan başqa Nazir Avni Paşanın da Şişlidəki evə tez-tez gedib gəldiyi məlumdur. Bu görüşlər Mustafa Kamalın dövlətə sədaqət hissinin öyrənilməsi üçün lazım olub. Sonra Avni Paşa şəxsi avtomobili ilə Mustafa Kamalı evindən nazirliyə gətizdirib. Mustafa Kamal o günlərdə Hərbi Nazir Şakir Paşa tərəfindən də nazirliyə dəvət edilmişdi. Burada ona Samsunla bağlı tapşırıqlar verilib. Onu Samsuna təyin edən Vəhdəttin Sultan olub. Deməli, Samsun vəzifəsi onun Anadolunu təşkilatlandırmaq üçün ortaya çıxarılmış bir vəzifədir. Gəmini də Vəhdəttin Sultan təşkil edib. Atatürkə ailəsini dolandırmaq üçün kifayət qədər pul ayıran, ailəni himayə edən də Sultandır.

Mustafa Kamal Samsun səfərindən əvvəl bir neçə nəfərlə vidalaşıb, səhər tezdən Babıalidə Sədrəzəm və nazirlərlə görüşüb, cümə namazından sonra isə, Hamidiyə Məscidində Sultanla söhbət edib. Eyni gün gecə vaxtı isə Atatürk gəmi ilə İstanbuldan yola çıxıb. Daxili işlər naziri Məhmət Əli bəy gizli ödəmələrdən 1000 qızıl pulu Atatürkə verib.

Tarixi sənədlər və hadisələrə görə oxumaq lazımdır. Tarixi sağ və sola ayırmaq, ideoloji seçim etmək axmaqlıqdır. Mustafa Kamal və Vəhdəttin Sultan əlaqələri çox vacibdir. Amma təəssüflər olsun ki, Turgut Özakman kimi tarixçi olmayan bir şəxsin yazdığı kitabda Sultan əleyhinə kifayət qədər materiallar var. Bu isə, iftiradan başqa bir şey deyildir.

Atatürkün Anadolu vəzifəsi şərq vilayətləri valilərinə, hərbi və idari kürsülərə bildirilmişdir. Buna görə də, Mustafa Kamal müfəttiş qismində Samsuna getdikdən sonra Sivas, Amasya və Ərzuruma da keçib. Burada o, valilər tərəfindən qarşılanıb. Paşanın vali tərəfindən qarşılanması Vəhdəttinin göndərdiyi gizli təlimata görə həyata keçirilib. Mustafa Kamala bu vəzifə əsnasında sədrəzəmlə birbaşa əlaqə icazəsi də verilmişdi. Bu isə, o dövr üçün bir müfəttişə verilən ən geniş səlahiyyətdir. Bu səlahiyyətlər barədə qərar 1919-cu il 5 may tarixli “Takvim-i Vekayi”də (Osmanlı dövrünün rəsmi qəzeti) qəzetində dərc edilərək qüvvəyə minmişdir.

Atatürkün o dövrə aid yazışmaları da göstərir ki, Sivasta baş tutan bütün görüşlərin stenoqramı Sultana göndərilib.

Qısacası, Mustafa Kamal Milli Türkiyənin, Osmanlını idarə edən dərin dövlət tərəfindən seçilmiş şəxsdir. Məsələn, Ankaranı paytaxt seçən də Osmanlının dərin dövlətidir. Hətta Ankarada qurulan 1-ci Məclis də 1915-ci ildən hazırlanıb. Dövlət varlığını qoruya bilmək üçün sadəcə müəyyən fərqliliklərə gedib. Hətta bəzi tarixçilərin iddiasına görə, Sultan Əbdülhəmid də dərin dövlətin sahibləri ilə görüşüb, onlardan bəzi təlimatlar alıb.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930