Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Zakir Həsənov: ” Yeni silah-sursatı sınaqdan keçirdik”

“Mən bir nazir kimi deyə bilərəm ki, təlimlər yüksək səviyyədə keçdi və şəxsi heyyətin döyüş hazırlığı yüksək səviyyədədir”.

Bu sözləri ANS TV-nin “Hesabat” verilişində  Mir Şahinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Təlimlərdə sınaqdan keçirilən yeni silah-sursat növlərindən danışan nazir aprel döyüşlərindən sonra ölkə başçısının tapşırığına əsasən yeni tədbirlər planının həyata keçirilməsi ilə bağlı göstəriş verildiyini və  həmin plana uyğun işlərin görüldüyünü qeyd edib.

Zakir Həsənovun sözlərinə görə, prezidentin göstərişinə əsasən alınan müasir silah-sursat, avadanlıq və texnikanın bir hissəsi ordunun istifadəsinə verilib.

“Yeni silah-sursatı biz bu təlimlərdə sınaqdan keçirdik və bu silahların effektivliyini gördük”,- deyə nazir əlavə edib.

“Ümumiyyətlə, keçirilən təlimlər irimiqyaslı təlimlərdir. Biz bu təlimlərin yalnız bir qismini burda gördük. Bu təlimlər həmçinin Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə keçirildi. Həm poliqonlarda, həm də dənizdə təlimlər davam edir və bu təlimlərə təbii ki, yüksək vəzifəli şəxslər nəzarət edir. Bütün nöqsanlar qeyd edilir. Bu nöqsanlar ümumiləşdiriləcək. Gələcək təlimlərdə bütün nöqsanları aradan qaldıracağıq”,- deyə Zakir Həsənov qeyd edib.

Nazir bildirib ki, prezidentin silahlı qüvvələr qarşısında qoyduğu bütün tapşırıqlar yüksək səviyyədə həyata keçirilir. Günü-gündən ordu təkminləşir, silah və texnikadan istifadə etməklə hədəfləri məhv edir.

“Biz son islahatların nəticələrini döyüşlərdə də gördük və indi də təlimlərdə görürük. Bu gün gördük ki, ordumuz müasir döyüş aparır, havadan dəstək alırdı. Topçularımızı xüsusi qeyd etmək istərdim ki, son döyüşlərdə bizim topçular yüksək nəticələr göstərdilər. Düşmən artilleriyası 3 dəqiqədən çox işləyə bilmirdi”,- deyə Zakir Həsənov bildirib.

Daha sonra əsgərlərin, intihar və ya ehtiyyatsızlıqdan ölməsi  faktlarına, toxunan Zakir Həsənov bu halların kəskin şəkildə azaldığını və bunun birdəfəlik aradan qaldırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.

“Bu kimi hallar  ailə problemləri, əlaqədardır. Biz bu halları təhlil edir və qarşısının alınması üçün tədbirlər görürük. Bir yerdə nöqsan aşkarlanıbsa digər yerlərdə də həmin nöqsanın yaranmasının qarşısını alırıq. Mən hesab edirəm ki, əgər biz istədiyimiz şəraitdə tərbiyə işini tətbiq etsək bu hallar bir az da azalar. Əminəm ki, biz gələcəkdə bu məsələni tam həll edəcəyik”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930