Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Putinin Qarabağ planı açıqlandı

Ermənistanın ANİ araşdırmalar mərkəzi (rəhbəri Qarabağ üzrə ekspert Tatul Akopyandır) bəyan edir ki, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib. Virtualaz.org xəbər verir ki, plana əsasən Rusiya münaqişənin aralıq həll variantını tapmağa çalışır və tərəflərə öz ideyasını verib. Bu haqda vereleq.am saytı yazır.

İddia olunur ki, həmin nizamlama planı ilə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış ediblər. Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.

Putinin planı iki əsas paketdən ibarətdir.

Birincisi: erməni qüvvələri işğal edilmiş rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır.

İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir, bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, ancaq həmin status o demək deyil ki, Dağlıq Qarabağ görünən gələcəkdə müstəqillik əldə edəcək.

Mərkəzin məlumatına görə Madrid prinsiplərində və Kazan sənədində əksini tapmış öz müqəddəratını təyinetmə hüququ nizamlama paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Bildirilir ki, Azərbaycan ərazilərin qaytarılması-statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə razılıq versəydi o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.

Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon-əvəzində Madrid prinsiplərində təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.

Xatırladaq ki, prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov tərəflərin əvvəl 5 rayonunun, daha sonra 2 rayonunun qaytarılmasına dair mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini açıqlayıb. Rusiya XİN isə N.Məmmədovu “görüşün nəticələrini təhrif etməkdə” günahlandırıb.

Bununla belə 5 rayonun birinci mərhələdə qaytarılmasını nəzərdə tutan nizamlama planının Rusiya tərəfindən tərəflərə təqdim edildiyi haqda məlumatlar çoxdandır yayılırdı.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930