İsrail və Türkiyə anlaşıb–6 ildən sonra münasibətlər normallaşır
Türkiyə və İsrail münasibətlərin bundan sonra normallaşmasına dair razılığa gəlib. Bu barədə Reuters agentliyi İsrail rəsmilərindən birinə istinadən məlumat yayıb.
Məlumata görə, bu istiqamətdə danışıqlar aparmaq üçün iki ölkənin nümayəndə heyəti Romada bir araya gəlib və artıq ilkin razılaşma əldə edilib.
Bu gün bununla bağlı Türkiyə baş naziri Biməli Yıldırımın açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu ildə pozulub. Həmin ilin may ayında İsrail hərbçilərinin beynəlxalq sularda Qəzzaya yardım aparan «Mavi Mərmərə» gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşı öldürülmüşdü.
Türkiyənin tələbi ilə İsrail 3 il sonra üzr istəmişdi.Ötən ilin dekabrında, daha sonra bu ilin fevralında iki ölkə təmsilçiləri Cenevrədə bir araya gəliblər.