Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilərin faşist sevgisi

Ermənistanın paytaxtı İrəvanda faşist generalı Nijde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermahtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana heykəl qoyulub. Mayın 28-də heykəlin açılış mərasimi keçirilib və Ermənistan prezidenti Serj Sarkisyan da bu tədbirdə şəxsən iştirak edib. O Sarkisyan ki, hələ bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın 9-da müharibə qurbanlarının xatirəsini İrəvanda “yad edib”. Beləliklə, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirib. Rəsmi İrəvan və dünya erməniləri hazırda da Hitler və Hitlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər.

Xatırladaq ki, Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar. Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Erməni cəlladı Njde 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərində ölüb. O, hətta ölümündən sonra belə bəraət qazanmayıb və məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb.

Onu da əlavə edək ki, bu gün dünya birliyi faşizmin bütün təzahürlərini pisləyir. Hətta 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası 70/139 saylı “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə” adlı Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası “nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərinin və anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir. Maraqlısı həm də budur ki, bu qətnaməyə Ermənistan da qoşulub. Lakin buna baxmayaraq, Ermənistan siyasi rəhbərliyi Hitler Almaniyası dövründə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş, faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirmək siyasətindən əl çəkməyib.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistanda nasist ideologiyası daşıyıcısına heykəl qoyulmasına münasibət bildirərkən deyib ki, sözügedən məsələ mətbuatda geniş müzakirə olunmaqdadır. Onun sözlərinə görə, vaxtilə Nijde Hitlerin ən yaxın nökərlərindən biri olub. U.Mirzəyev belə bir qaniçən nökərin “xatirəsinin” hazırda Rusiyanın nökəri funksiyasını yerinə yetirən Serj Sarkisyan tərəfindən “əbədiləşdirildiyini” vurğulayıb. Qeyd edib ki, hər ikisi mahiyyət etibarilə eyni adam olduqlarından, müasir dövrdəki nökər tarixi nökəri ideallaşdırmaqla özünün də gələcəkdə o cür anılacağına ümid edir: “Nijdenin əlləri faşist Almaniyası dövründə minlərlə günahsız insanın qanına batıb. Bugünkü Ermənistan siyasi rejimi, o cümlədən prezident Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, sabiq prezident Robert Köçəryan və başqalarının əlləri də Dağlıq Qarabağ müharibəsi dövründə günahsız Xocalı, Qaradağlı sakinlərinin qanına batıb. Kütləvi soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti həyata keçirən bir dövlətdən, onun siyasi rəhbərliyindən nə desən gözləmək olar. Nijdeyə Ermənistanın paytaxtında heykəl qoyulması əslində bu dövlətin mahiyyətini, xarakterini bir daha ortaya qoyur”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı “Kaspi”yə bildirib ki, bu məsələni hüquqi, siyasi və mənəvi kateqoriyada təhlil edəndə ortaya çox ağır nəticələr çıxır. Onun sözlərinə görə, ermənilər faşizm ideyalarına xidmət edənləri öz “milli qəhrəmanları” hesab edirlərsə, avtomatik olaraq faşizm yolunu, işğalçılığı, başqa xalqların həyatına, ərazi bütövlüyünə təcavüzkarlığı seçirlər: “Arzu edərdim ki, Azərbaycan sözügedən məsələ ilə əlaqədar etiraz edərkən Rusiyanın bu istiqamətdə müəyyən hüquqi-siyasi addımlar atdığını da nəzərə alsın və bir neçə istiqamət üzrə planlı fəaliyyət həyata keçirsin. Biz yəhudi cəmiyyətlərinə, təşkilatlarına, İsrail dövlətinə açıq müraciətlər etməliyik. Bildirməliyik ki, onların və ümumilikdə bəşəriyyətin faciələrində rolu olan şəxslər vaxtilə hitlerizmin, “SS”çiliyin xidmətkarı olduqları kimi, indi də erməniçiliyin mahiyyətinə xidmət edirlər. Sabah Nijdeyə oxşamaq istəyən erməni gənci eyni hərəkətlərə yol verəcəkdir. Yəhudi xalqının üzərində faciə quran adamlar bu gün erməni cəmiyyəti üçün yol göstərən, “milli qəhrəman”, heykəlləşmiş bir simaya çevrilirlər. Bu reallıqdan çıxış edərək, yəhudi cəmiyyətləri öz qərarlarını verməli, buna etirazlarını bildirməlidirlər. Nijde məsələsini sadəcə Ermənistan-Azərbaycan kontekstində təhlil etmək doğru deyil. Bu hadisəyə reaksiyamız daha qlobal xarakter daşımalıdır”.

“Kaspi”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930