“Erməni lobbisi mənə ultimatum verdi: “Bu kıtabı nəşr etdirib, başına bəla açma!””
İki gün öncə Moskvada rusiyalı tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimat mərasimi keçirilib. Paytaxtın Jurnalistlər Evində keçirilən təqdimat mərasimində Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, yerli və xarici medianın təmsilçiləri iştirak ediblər.
Modern.az saytının məlumatına görə, erməni lobbisinin təzyiqləri qarşısında çox böyük çətinliklə işıq üzü görmüş kitabın nəşr edilməsində Rusiyada fəaliyyət göstərən bəzi soydaşlamızın xüsusi əməyi olub.
Bu işdə ən böyük əziyyəti isə Rusiya FMMM Ağsaqallar Şurasının və Rusiya jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov çəkib. O, Modern.az saytına müsahibəsinə kitabın hansı çətinliklərlə çap olunmasından danışıb:
– Bu günlərdə Moskvada erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovun “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı nəşr olundu. Bildiyimizə görə, bu kitabın ərsəyə gəlməsində sizin də böyük rolunuz olub, təşəbbüskarlardan birisiniz. Mümkünsə bunlar barədə danışardınız…
– Əslində bu kitab bir il yarımdır nəşrə hazırmış. 2015-ci il ərzində müəllif Oleq Kuznetsovun kitabı Rusiyada nəşr etdirmək üçün biznesmenlərdən tutmuş Azərbaycan səfirliyinə qədər bir çoxlarına müraciet etdiyi və heç kimdən dəstək ala bilməməsi bu ilin yanvarında ortaya çıxdı. Sözun doğrusu mənim bu vəziyyətdən xəbərım belə yox idi. Oleq Kuznetsovun da problemi mətbuatda yazmaması və mənim də Nijni Novqorodda yaşamam səbəbindən bilməmişəm. Yalnız bu ilin yanvarında müəllif mənə zəng etdi və vəziyyəti danışaraq, kömək istedi. Doğrusu çox utandım. “Oleq Yuryeviç, rahat olun, sizin kitabınız mütləq çıxacaq” – dedım, O günden də işə başladıq.
– Eyni zamanda o barədə də məlumatlıyıq ki, bu monoqrafiyanın işıq üzü görməsində ciddi çətinliklər olub. Müəllif özü də bu barədə deyib. Söhbət hansı çətinliklərdən gedirdi və onlar necə aradan qaldırıldı?
– Kitabı A4 formatında çox keyfiyyetli şəkildə nəşr etdirmek lazım idi. Bu isə xeyli vəsait tələb edirdi. Ona görə ilk olaraq maliyyə məsələsini həll etmək lazım gəlirdi. Bunun ücün həmyerlimiz, keçmiş senator Fərhad Əhmədova müraciət etdim. Sağ olsun. O da köməyə hazır olduğunu bildirdi. Bundan sonra işin düzəldiyini zənn etdim və kitabı Nijni Novqorod mətbəəsinə sifariş verdim. Bir həftə çəkən texniki hazırlıqdan sonra çap prosesi başlayan günün gecəsi bırisi mənə zenğ edib evimin önünə çıxmamı tələb etdi. Çıxdım. Söhbət ultimativ və qısa oldu. Mətbəədəki materiallara da artıq əl qoyulmuşdu.
– Nə dedilər sızə?
– Qısa desəm, Rusıyada erməni terrorizmındən kitab nəşr etdirmek olmaz, başına bəla açma –dedilər.
– Xəbərdarlıqdan sonra Siz cəkildinizmi bu isdən?
– Bir ay fasilə verdik və fevralda yenidən basladıq. Amma bu dəfə başqa vilayətdə. Yenə eyni şey təkrarlandı. Belə olduqda kıtabı may ayında Belorusun paytaxtı Minskə gedib orada nəşr etdirməyi qərara aldıq. Hər halda ermənı lobbisinin əli çatmaz deyə, düsünmüşdük. Mənım orada olmamı özümdən başqa heç kim bilmirdi, hətta ailem belə… Amma orada da eyni hadisə təkrarlandı. Ancaq bu dəfə eyni vaxtda Rusıyada başqaa bir mətbəədə də paralel olaraq iş gedirdı. Diqqətləri Minskdə olan “dostlarımız” buranı nəzərdən qaçırdılar. Və nəticədə kitab çıxdı. Mətbəədən alınması və daşınması isə bir ayrı detektiv hekayəsidir.
– Çıxmağına bu cür əziyyət çəkdiyiniz “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı hansı gerçəklikləri ortaya qoyub?
– Dunyaya gəlib-getmiş terror örğütlərinin ən təşkilatlanmış və geniş coğrafiyada fəaliyyət ğöstərən erməni terrorizmi tədqiqatçılar tərəfindən fundamental şəkilde öyrənilməmişdir. Daha doğrusu hər ölkədə kök atmış erməni lobbisi buna imkan verməmişdir. Rus tarixçisi Oleq Kuznetsov bu işi basarmış ilk alimdir. Monoqrafiya dünya arxivlərinin materiallarına əsaslanmış, transmilli erməni terrorizminin siyasi, sosial, hüquqi və beynəlxalq aspektlərini ortaya qoyan təkzib olunmaz bir tarixi elmi tedqiqat əsəridır.
– Sözsüz ki, erməni terroru haqqında belə bir kitabın Rusiya paytaxtında çap olunması böyük hadisədir. Rusiya ictimai-siyasi, elmi dairərləri bu kitabın işıq üzü görməsini necə qarşıladılar?
– Onu deyə bilərəm ki, bu kitaba maraq böyükdür. Müəllifə və mənə müraciət edən, “kitabı necə əldə etmək olar?” deyə soruşan olduqca çoxdur. Amma aparıcı mətbuat orqanlarının çoxusu ya qorxudan, ya da erməni lobbisinin təsirindən bu haqda yazmağa çəkinir. Bu da təəccüblü bır hadisə deyil.
– “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabına erməni diasporu da bir reaksiya göstərdimi? Əgər hələ belə bir reaksiya yoxdursa, bu istiqamtdə nə gözləyirsiniz?
– Rəsmi bir reaksiya yoxdur və olmasını da gözləmirəm. Onlar başa düsürlər ki, mətbuatda rəsmi reaksiya versələr, bizim təbliğatımıza dəstək vermiş olarlar. Oleg Kuznetsova və özümə qarşı isə onlardan hər cür xain addım gözləmək mümkündür.
Qeyri-rəsmi təqyiqlərdən isə kitabı necə əziyyətlə çıxarmağımızdan danışarkən bəhs etdim…
– Kitabın informasiya bazarında hərəkəti, yəni onun yayılması, müxtəlif auditoriyalarda oxunması üçün hansı işlər görülür?
– Hələ hazırlıq işləri gedir. Kitabın çıxması işin yarısıdır. Əsas iş onun lazımı unvanlara catmasıdır ki, buna da bütün diaspor təşkilatlarımızın kömeyi olmazsa, bizim ücün çox çətin olacaq.
– Belə bir qiymətli nəşrin rusiyalı jurnalistlər, alimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təqdimatını keçirmək olarmı? Yəni belə təşəbbüslər gözlənilirmi? Bu da maliyyə imkanları tələb edirmi?
–Əvvəla onu deyim kı, pulsuz bu işlər olmaz. Ona görə də Fərhad Əhmədov başda olmaqla, bu kitabın nəşr olunmasına imkanı daxilində yardım etmiş bütün azərbaycanlılara sonsuz təşəkkürümü bildirirəm.
Bundan sonrasına gəlincə, azerbaycanlıların Rusiyada kağız üzərində 2 Federal və 300-ə yaxın regional təşkilatları var. Hərəsi bir təqdimat keçirsə, 100 illik yalan erməni təbliğatını darmadağın etmiş olarıq. Buyursunlar…