Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

…Şəhidlik zirvəsində gül kimi bitdi Sənan!

Milli Ordumuzun şəhid polkovnik-leytenantı Axundov Sənan Tahir oğlunun əziz xatirəsinə

Milli ordumuz böyük qürur və fəxarət duyduğumuz Aprel sınağından hünərlə çıxdı. Həmin o tarixi günlərdə hər bir Azərbaycan insanını «Bayrağım, haraya sancılmaq istərsən, söylə, səni oraya sancım» düşüncəsi sarmışdı. Aprel müharibəsi bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin və milli ordumuzun iradəsini ortaya qoymuşdu. O tarixi günlərdə Vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlərdən biri də milli orumuzun polkovnik-leytenantı Axundov Sənan Tahir  oğlu oldu.

Ömürlüyündən: … 29 sentyabr 1979-cu il tarixdə  Füzuli  rayonunda anadan olmuşdu. Bakı Ali Hərbi Məktəbini,Almaniya Hərbi Akademiyanı (alman dilində), BDU-nun  hüquq fakultəsini bitirmişdi. Müdafiə Nazirliyində sektor müdiri işləyirdi. Aprel hadisələrində təkidlə rəhbərliyə müraciət edərək doğulub boya-başa çatdığı  Füzuli bölgəsinə getmiş və Lələtəpədə vəzifə səlahiyyətlərini icra edərkən şəhid olmuşdu.

O, milli qəhrəmanlıq tariximizin simvolları olan Koroğlunun, Babəkin, Həzinin, Mehdinin, İsrafilin, Mübarizin hər kəsə örnək olan döyüş ruhunu, əzmini bir daha nümayiş etdirdi və şəhid adı, ünvanı ilə təsəlli verdi ki:

Əyləşdim şəhidlik taxtına, xalqım,
Elə bil gün doğdu baxtıma, xalqım.
Başını uca tut, könlünü dikəlt,
Az qalıb zalımın vaxtına, xalqım.

…Vətən ölməsin deyə ölümə getdi Sənan! Şəhidlik zirvəsində gül kimi bitdi Sənan!

Xalqımızın, milli ordumuzun iradəsinin, döyüş hazırlığının sınağa çəkildiyi Aprel savaşı günlərində ailənin tək oğul övladı, içində general olmaq arzusunu yaşayan  Sənan Axundov əyləşməyə şəhidlik taxtından uca bir yer görmədi.

Əgər bu dünyada ruhların qayıdıb başımız üzərində dolanması inamı həqiqətdisə, onda şəhid qardaşımız Sənanın da ruhu hər gün bizimlədi. Hər bir halıyla o ölməz ruh anası Roza xanıma təsəlli verir, atası Tahir müəllimə «möhkəm ol» deyir,

bacısı Mehriban xanıma, ömür-gün yoldaşı Nəcibə xanıma və gül balaları-Tahirlə Nəzrinə şərəf verir ki, vətən yolunda qurban getdi, təhlükə, qorxu önündə gözlərini belə qırpmadı.

Şəhidlik tarixi şans, əbədi dirilikdir…

Axundov Sənan Tahir oğlu bu şansı, xoşbəxtliyi qaçırmadı. Hər kəsə görk olsun deyə ən yüksək şanslarını əbədiyyət səlahiyyətinə güzəştə getdi. Xalqımız, azadlığımız, Vətənimiz, dövlətimiz yaşasın, ucalsın deyə!

Ruhu şad olsun!

Dayandur Sevgin

Salam, şəhidliyə ucalan igid,
Mübarək adına-sanına alqış.
Beş arşın kəfənə deyil, müqəddəs,
Bayrağa rəng verən qanına alqış.

Hər gələn axşamın öz xəbəri var,
Hər gələn səhərin öz aydınlığı.
Sən şəhid adının ucalığıyla,
Gətirdin yurduna göz aydınlığı.

Qovuşub o doğma, əziz torpağa,
Qanın çiçəklədi, qanın gül açdı.
Böyük Füzulinin nigaran ruhu,
«Şəhidim, xoş gəldin» deyib dil açdı.

Demərəm arzular qaldı yarımçıq,
Demərəm ulduztək söndü o gecə.
Bir evin yeganə oğluydun, indi,
Bir xalqın oğluna döndün o gecə.

Salam, şəhidliyə ucalan igid,
Mübarək adına, sanına qurban.
Nə ki, həyatım var, nəfəsim gəlir,
Mən qurban deyirəm şanına qurban.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930