Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ təşəbbüskarlığı uğrunda Rusiya-Qərb oyunu

Bu rəqabətdən Azərbaycanın uduşu nə ola bilər? Politoloq: “Danışıqlar üçün əsas rol oynayacaq sənəd Rusiyanın təklif elədiyi Lavrov planıdır…”

Apreldəki 4 günlük müharibədən sonra təşkil edilən prezidentlərin iki birbaşa görüşü hələ ki, gözlənilən nəticəni verməyib, yaxud hansısa nəticə varsa, bunu geniş ictimaiyyət bilmir. Hər halda böyük müharibənin alovlanması riski azalmış kimi görünmür. 
Həm Vyana görüşü, həm də Sankt-Peterburq zirvəsi bunun əsas səbəblərindən biri kimi, məsələdə Rusiya və Qərb arasında ortaq mövqenin olmamasını üzə çıxardı. Məlum oldu ki, Moskva təşəbbüskarlığın Qərbə – ABŞ və Avropa Birliyinə keçməsinə yumşaq desək, isti baxmır və sırf öz oyununu oynamağa çalışır. Eləcə də əksinə – Qərb də məsələdə kənarda qalmaq, Rusiyanın dominantlığını kənardan seyr eləmək niyyətində deyil.
 
Bəllidir ki, Qərbin patronajlığının nəticəsi hesab olunan Vyana danışıqlarından sonra Rusiyanın əlüstü Peterburq təmasını təşkil eləməsini siyasi müşahidəçilər məhz bu kontekstdən izah edirlər. Onların fikrincə, Neva sahillərindəki üçtərəfli görüş prezident Vladimir Putinə hansısa irəliləyişə nail olmaqdan daha çox, Qarabağ məsələsində Rusiyanın dominant rolunu digər vasitəçi güclərə nümayiş etdirmək, necə deyərlər, “əzələ nümayişi” üçün gərək ola bilərdi. 
***
O üzdən irəliləyişə ümidlər yenə də növbəti görüşlərə qalır. Belə görünür, Qarabağ məsələsində “estafeti” indi də Qərb Rusiyanın əlindən almağa hazırlaşır. Yayılan informasiyaya görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri bu dəfə Polşanın paytaxtı Varşava ola bilər. Məlumata görə, iyulun əvvəlində burada NATO-nun sammiti keçiriləcək. Bu tədbiri alyansın baş katibi İyen Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir.
Məsələ də ondadır ki, alyansın Nyu-Portda keçirilən bundan qabaqkı sammitinə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır. 
Yada salaq ki, 2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməməyə çağırmışdı. Diqqət çəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə üçtərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini söyləmişdi. Soçi görüşü ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutdu. Başqa sözlə, bu dəfə də Sankt-Peterburqda Vladimir Putinin tarixi münasibətləri yada salması tarixin təkrarlana biləcəyini güman etməyə əsas verir.
***
Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov da hesab edir ki, Varşavada İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutması real görünür (Anspress). Onun sözlərinə görə, Qərb və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində sərt rəqabət gedir.
 
“Qərb ölkələri son zamanlar bu məsələyə bir az dözümlü yanaşaraq, Rusiyanın bu prosesdə təşəbbüsünü dəstəklədi.  İndi isə Vaşinqton və Moskva arasında bu rəqabət yeni bir məna almağa başlayıb. Burada qlobal baxımdan söhbət kimin daha vacib və güclü, son söz sahibi olmasından gedir. Bu baxımdan ABŞ dünyada baş verən heç bir prosesdən geri qalmaq, o cümlədən Qarabağ məsələsində də birinciliyi əldən vermək istəmir. Bu baxımdan NATO-un Varşavada keçiriləcək sammitində qərb ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı və prezidentlərin görüşəcəyi realdır”.
Bir daha yada salaq ki, prezidentlərin son görüşü iyunun 20-ində Sankt-Peterburqda keçirilib. Burada Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək görüşü, daha sonra dövlət başçılarının üç tərəfli görüşü baş tutub. Görüşdən sonra ortaq bəyanat yayılıb.
***
Qərbin Qarabağ fəallığını artırması və təşəbbüsü bir növ Rusiyadan almaq istəyini həm də ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin həmsədrlərlə görüşə və münaqişə bölgəsinə səfərə hazırlaşmasından görmək olar. Lakin bir heç də bütün siyasi təhlilçilər Qarabağla bağlı təşəbbüsün tezliklə Qərbin əlinə keçəcəyini düşünmür.
“Qarabağla bağlı təşəbbüs hələ ki, bütünlüklə Rusiyanın əlindədir”. Bunu Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə Varşavada görüş ehtimalını şərh edən politoloq Qabil Hüseynli deyib. Bununla belə, sabiq dövlət müşaviri ABŞ və Rusiya arasında müəyyən bir razılaşmanın olduğunu və buna uyğun olaraq da Putindən sonra danışıqların estafetini Qərbin qəbul etdiyini istisna etməyib.
“Bu, mümkün ehtimaldır. Ancaq Qarabağla bağlı təşəbbüs bütünlüklə Rusiyadadır. Ortaya çıxarılan sənəd isə Lavrov planıdır və müzakirələr bu fonda gedəcək. Qarabağın azad olunması ilə bağlı yol xəritəsi də məhz bu plana uyğun hazırlanıb. Ola bilsin, həmin plan Sankt-Peterburqda masada olub. Lavrov planı Kazan razılaşmasının müəyyən qədər redaktə edilmiş variantıdır. Danışıqlar üçün əsas rol oynayacaq sənəd məhz Rusiyanın təklif etdiyidir. Hazırkı danışıqlar mərhələsi kompromislər prosesidir. Azərbaycan onun üçün məqbul olmayan müddəalara etirazını bildirəcək. Görünür, Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları var. Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır, o şərtlə ki, bu ölkənin unitar quruluşunu pozmasın. Ona görə də bundan sonra danışıqlar çox gərgin keçəcək. Ermənilərsə bunu çox yaxşı bilirlər. Güman edirəm ki, ortaq məxrəcə gəlmək üçün qarşıda xeyli əziyyət çəkmək lazım gələcək. Buna görə də Varşava görüşü haqda birmənalı fikir söyləməkdə çətinlik çəkirəm”.
***
Onu da unutmaq olmaz ki, Lavrov sənədi ilk növbədə Rusiyanın bölgədə öz hərbi və geosiyasi maraqlarını təsbit eləməyə yönəlib. Söhbət bölgəyə sülhməramlılar adı ilə Rusiya hərbi qüvvələrinin yeridilməsi və Azərbaycanın Avrasiya layihələrinə cəlb edilməsindən gedir. Qərb razılaşacaqmı? Bəs Azərbaycan, nəyinsə qarşılığında buna gedərmi?
 
Əgər doğrudan da Lavrov planı işə düşübsə, o zaman Moskvanın tezliklə Bakı və İrəvana təzyiqlərinin şahidi olacağıq. Azərbaycanın mövqeyi isə deyəsən, kifayət qədər aydındır axı: öncə ərazilərin qaytarılması, Azərbaycanın ərazi bütövlüyünə zəmanət, sonra isə sülhməramlılar və ya Avrasiya layihələrinə qoşulmaq məsələsi.(musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930