Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hunlar haqqında – ziddiyyətli fikirlər

Hunların şimali yueban qrupu olan qaoqyüylərin şamanizmindən bəhs edən görkəmli alim L.Potapov  “bilavasitə qədim türklərin şamanlar haqqındakı materiallarına müraciət edək” deyir və qədim türklərin dövründən bəhs edərkən də M.S. VI – XII əsrləri nəzərdə tutduğunu vurğulayır.

“Qədim türklərə qədərki” şamanlar haqqında məlumat verən müəllif syünnü (xunnu) tayfalarının M.Ö. I minilliyin sonlarında şamanı “wu” adlandırdıqlarının Çin qaynaqlarından məlum olduğunu yazır, xunnuların şimal qruplarının yueban adlandıqlarını, qaoqyüylərlə eyni dili danışdıqlarını, adət-ənənələrinin eyni olduğunu və qaoqyüylərin də telelərin, o cümlədən də uyğurların ulu babaları olduqlarını göstərir. Bütün bu adı keçən tayfaların türk olduqlarını söyləməmişdən əvvəl onu qeyd edək ki, xakas arxeoloqu L.Kızlasov hunların türk olduqlarını qəbul etmir və yazırdı: “Hunlar müasir elmə məlum olmayan, indi artıq ölmüş dil ailəsinə aid dildə danışırdılar”.

Xakas arxeoloq Leonid Kızlasov (1924-2007) 

L.Potapovun da qeyd etdiyi kimi, əgər hunların şimal qrupu olan yuebanların dili və adət-ənənəsi türk olduqları heç bir şübhə doğurmayan tele və uyğurların ulu babaları saydığı qaoqyüylərlə eynidirsə, deməli, hunlar da həm dilləri, həm kökləri, həm də adət-ənənələrilə türkdürlər. Belə olduğu halda L.Kızlasovun hunların dilini “ölmüş dil ailəsi”nə aid etməsi tamamilə məntiqdən uzaqdır.

L.Potapov qədim türklərin Türk xaqanlığını qurduğunu (551-744) və uyğurlar başda olmaqla tele tayfasının türklər üzərindəki qələbəsindən sonra Uyğur xaqanlığını (745-840) yaratdığını qeyd edərkən də biz onun “türk” (Çin salnamələrində “tukyu”) kəlməsinin aid olduğu tayfalarla digərləri arasında türk və türkdilli deyərək bir sərhəd qoyduğunu görürük. Onun hunları, yuebanları, qaoqyüyləri türkdilli saymasının əsas səbəbi də türk kəlməsini tayfa adı olaraq ayırmasıdır. Sovet dövrünün bir çox alimlərinin türklərin bir xalq kimi tarix səhnəsinə miladdan sonra çıxdıqlarını söyləmələrinin səbəbini də bunda görürük. Biz isə tukyuları da, hunları da, syanbiləri də, tele və uyğurları da, uxuanları da, qaoqyüyləri də, təbii ki, tayfa adlarını göstərmək şərtilə, türklər olaraq verir, L.Potapovun “qədim türklər” adlandırdığı tukyuları da türk tayfalarından biri kimi verəcək, türk kəlməsini “türkdilli” sayılan bütün türk qövmlərinə aid edirik.

Ümumiyyətlə, hunlarla bağlı qarışıq fikirlər çoxdur. Məsələn, son zamanlar tədqiqatçılar arasında “Ordos bürüncü” termini tez-tez səslənir. Bu termin şərti olaraq “skif bürüncü”, “Orta Asiya qrupu”, “suyyuan bürüncləri” terminlərini əvəz edir və ilk dəfə 1930-cu ildə E.X.Minnz tərəfindən elmə daxil edilmişdir. Bu mədəniyyətin izlərinin bu gün Cənubi Sibir, Orta Asiya türkləri arasında da geniş yayılması onun məhz hun türklərinə aid olduğunu bir daha sübut edir.

Ordos cənubdan Çin əyaləti olan Şan-si, digər üç tərəfdən isə Sarı çayla əhatə olunurdu. Tədqiqatçılar Y.S.Boqdanov və D.V.Kuznetsov V.Radlova əsaslanaraq  “Ordos”un türk kəlməsi olub (“ordo”, “ordu”, “orda”) “xan çadırı”, “xanın qərargahı”, “xanın yerləşdiyi yer” mənasını verdiyini qeyd edirlər. XVI əsrin ortalarına qədər Ordos Çin imperiyasının müxtəlif əyalət, vilayət və qəzalarına daxil olsa da, çaxar hakimiyyəti zamanı ayrıca ölkə oldu. İndi isə İç Monqolustan Muxtar rayonunda Xuanxe çayının böyük əyrisinin içində səhralıq yerdir. Buranın bol sulu gözəl otlaq yerləri hələ qədim zamanlardan heyvandarlıqla məşğul olan bir çox tayfaları cəlb etmişdir. Çinin şimal qonşuları haqqında ilk yazılı dəqiq məlumat Milada on beş əsr qalmış inklərin tərtib etdikləri fal sümüklərinin üzərindəki yazılardan alınır. Həmin yazılara görə, burada yaşayan köçərilər həm də dağın ətəyində meşə salır (köçərilər meşəsalma ilə necə məşğul ola bilərlər?! – G.Y.), sonra onlardan yaşayış yeri, əmək alətləri, oxlar və s. düzəldir, əkinçilik və heyvandarlıq üçün ideal olan bu torpaqlardan getmək istəmirdilər.

Bəs bu köçərilər kim idi? Məqalədə onlar tez-tez “şimal barbarları” deyə anılırlar. Yalnız bir yerdə yazılır: “Xan sülaləsi zamanında Ordosun syünnülərin əlindən alınan ərazisində Şofan dairəsi yaradıldı. Lakin Çin əyanları “barbarları” oturaq həyat tərzinə keçirə, onlara əkinçilik ənənələri aşılaya bilmədilər”. Deməli, buranın əhalisi hunlar (syünnü, xunnu) imiş və Ordosun syünnülərin əlindən alınan hissəsindəki “barbarlar” “oturaq” həyat tərzinə keçmək, əkinçiliklə məşğul olmaq istəmirdilər. Maraqlıdır ki, məqalə müəllifləri özləri burada yaşayan “köçərilərin” meşəsalma, əkinçilik və heyvandarlıqla məşğul olduqlarını, ağaclardan ev və s. düzəltdiklərini yazırlar. Köçəriliklə, barbarlıqla meşəsalma, ağac evlər qurmaq nə dərəcədə uzlaşır?! Müəlliflərə görə, bu “şimal barbarları”na məxsus abidələr (tunc fiqurlar – G.Y.) bəzən Ordosdan uzaqlarda da tapılır. Bir çox hallarda Ordosa aid abidələri “skif – Sibir” ənənəsi ilə bağlayır, təəssüf ki, skiflərin də türk deyil, irandilli olması fikrini müdafiə edirlər. Müəlliflər yazırlar: “görünür, Çinə skif – Sibir ənənəsinin daxil olması məhz Ordos ərazisindən, yəni iç Monqolustanın qərb hissəsindən başlamışdır. Təsadüfi deyil ki, ilk dəfə məhz burada skif – Sibir ənənəsi özünü göstərmiş və daha erkən Taoxunbala abidəsi tapılmışdır”.

1960-1980-ci illərdə Çin arxeoloqları tərəfindən aşkar olunan bir çox əşyada “skif surəti”nin tapılması onların Çin təsviri sənəti və heykəltaraşlığı ilə heç bir əlaqəsinin olmaması Ordos mədəniyyətinin skif – Sibir mədəniyyəti ilə çox yaxın olduğundan xəbər verir. Onu da qeyd edək ki, məqalənin əvvəlində müəlliflər “skif” terminin, adının bu mədəniyyətlərə verilməsinin şərti (bizcə, “şərti” sözünün yerinə “yanlış” yazılsaydı, daha doğru olardı. – G.Y.) olduğunu da vurğulayır, məhz buna görə də “Ordos bürüncü” terminindən istifadə edirlər.

Beləliklə, yuxarıda gördük ki, Çin qaynaqlarında “şimal barbarları” adlandırılan hunlar meşə salır, ondan evlərin tikilməsində, müxtəlif alətlərin düzəldilməsində istifadə edir, bürüncdən ətraflarında gördükləri heyvan və quşların fiqurlarını düzəldir, əkinçiliklə və heyvandarlıqla məşğul olurlar. Onlar Ordos adlandırdıqları şəhərlərinə də çox bağlıdırlar və dünyaya “Ordos bürüncü” adı ilə kamil sənət əsərləri bəxş etmişlər. Bütün bunlardan sonra onlara vəhşi və ya köçəri demək, Ordos mədəniyyətini türklərə aid etmək istəmədiklərindən irandilli adlandırdıqları skif mədəniyyəti adı ilə təqdim etmək böyük yanlışlıqdır.

Güllü Yoloğlu, tarix elmləri doktoru

(admiral.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930