Ermənistanın güc strukturları bir-birinə düşmən KƏSİLİB
Ermənistanın güc strukturlarının rəhbərləri arasındakı münasibət son dərəcə gərginləşib.
Ermənistan KİV-i bildirir ki, söhbət ilk növbədə polislə Milli Təhlükəsizlik Xidmətindən gedir.
“Qrapark” qəzeti öz mənbələrinə istinadən bildirir ki, prokurorluqla polis, prokurorluqla İstintaq Komitəsi arasında da fikir ayrılıqları yaşanır. Bundan əlavə məlumata görə, İstintaq Komitəsi ilə Xüsusi İstintaq Ximəti baş prokurora, Milli Təhlükəsizlik Xidmətinin direktoru isə polis rəisinə qarşı birləşiblər.
Onların vaxtaşırı prezidentin rezidensiyasına gedib onun gözlərini “açmaq” istədikləri də iddia edilir. Dövlət başçısı Serj Sərkisyanın isə bu cür fikir ayrılıqları xeyrinədir.