Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyan müharibəyə hazırlaşır – Erməni şərhçidən ŞOK açıqlama

Serj Sarkisyanın Sankt-Peterburq görüşündən sonra dərhal Qarabağa getməsi və işğalçı Ermənistan ordusunun təmsilçiləri ilə görüşməsi erməni ictimaiyyətində fərqli rəylərə səbəb olub.
Əksər erməni şərhçilər bunu Ermənistanın qətiyyəti və Serj Sarkisyanın 1 metr belə geri çəkilmək niyyətində olmadığı kimi dəyərləndirsə də, bizə şərhçilər səfəri torpaqları geri qaytarmaq üzrə ilk addım kimi dəyərləndirib.
Bu cür fikirləşən şərhçilərdən biri İqor Muradyan bu gün dərc edilmiş məqaləsində bildirir ki, Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu yoxdur:
“Uzun illər ərzində ardıcıl olaraq Qarağbağın qaytarılması planını müzakirə etdikdən sonra onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil”.
İqor Muradyan Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının təmsilçisi Ermine Naqdalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması və nə vaxtsa qaytarılcağı barədə səsləndirdiyi ifadəni də xatırladıb:
“Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıblar aran Qarabağının torpaqları bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb”.
İqor Muradyan Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamağa qadir olmadığını vurğulayıb: “İrəvan kontoru (Ermənistan hakimiyyəti – red.) artıq Qarabağı əlində saxlaya bilmir. Amma hətta saxlaya bilirsə belə, Ermənistan strategiyanı kardinal şəkildə dəyşməsə, mövcudluğunu qoruya bilməyəcək. Təəssüf ki, hər şeyi 2016-cı ilin yazının əvvəlinə kimi etmək mümkün idi. Müharibə sadəcə uduzulmayıb, həm də tarixən uduzulub”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müsahibəsində İqor Muradyan kimi müxalifət yönümlü erməni şərhçilərin bu cür fikirləri əslində Azərbaycan xalqını arxayın salmaq məqsədi daşıyır:
“Bizim bəzi mətbuat orqanları da gah 5 rayonun, gah da 7 rayonun qaytarılması barədə reallıqdan uzaq xəbərlər uydurmaqla erməni siyasətinə xidmət edirlər. Qarabağ məsələsində Ermənistanda həm hakimiyyət təmsilçilərinin, həm də müxalifətin mövqeyi eynidir. Onlar işğal etdikləri ərazilərdən bir metr də geri çəkilmək istəmirlər. Daimi vaxtı uzadaraq status-kvonu saxlamaq istəyirlər. Yəni heç bir Ermənistan prezidenti orduya geri çəkil əmri verməz. Onların müxtəlif danışıqlarda iştirakı sadəcə vaxtı uzatmaqla bağlıdır”.
Elxan Şahinoğlunun fikrincə, Serj Sarkisyanın Sankt-Peterburq səfərindən sonra dərhal Dağlıq Qarabağa getməsi Ermənistan ordusuna ürək-dirək verməkdən başqa bir şey deyil: “Yəni başa salmaq istəyir ki, qorxmayın, güclüyük, bu ərazilərdən geri çəkilmək fikrimiz də yoxdur”.
Erməni mətbuatının Serj Sarkisyanın Qarabağa səfəri barədə təqdim etdiyi video çarxa Lələtəpənin uzaqdan görüntülərinin əlavə edilməsinin də videomontaj işi olduğu açıqca görünür. Videodan görünür ki, Serj Sarkisyan əhalinin yaşadığı hansısa yaşayış məntəqəsinin yaxınlığında hərbçilərlə söhbət edir. Operator maksimum çalışaraq ordakı rus hərbçiləri gizlətməyə çalışır. Sarkisyanın səsinin verilməməsi ilə bu məqsədə xidmət edir. Video, əslində, aprel döyüşlərindən sonra sarsılmış Ermənistan ordusunun döyüş ruhunu artırmağa xidmət edir. Bunu son günlərdə erməni mətbuatının ən müxalifət yönümlü təmsilçilərinin yanaşmasından da görmək olur. Hamısı Rusiyadan Qarabağ çox dəqiq hərbi texnikalar gətirilməsi barədə materillar dərc etməyə başlayıblar.
Bütün bunlar göstərir ki, Ermənistanın danışıqlar yolu ilə hansısa rayonu boşaltmaq fikri yoxdur. İrəvanın mövqeyi Azərbaycan üçün yalnız bir yol qoyur: ildırım sürətli müharibə ilə işğal edilmiş ərazilərin ən azı 60 faizi azad edilməlidir. Azərbaycan ordusu bir həmlə ilə şimaldan Sərsəng və Kəlbəcər rayonlarını, cənubdan isə Zəngilən və Cəbrayıl rayonlarını işğaldan azad etməlidir. Həmçin Ağdam-Xocalı zonası geri qaytarılmalıdır.
Erməni general Arkadi Ter-Tadevosyanın dediklərindən belə anlaşılır ki, aprel döyüşləri zamanı iki strateci yüksəkliyin – Lələtəpənin və Talış yüksəkliyinin ələ keçirilməsi buna imkan verir. Hərbi gücümüz buna imkan verir və Azərbaycan ordusunun bu addımı Ermənmstan rəhbərliyinin də imza atdığı Madrid prinsiplərinə uyğun gəlir. Hər halda, Madrid prinsipləri birinci mərhələdə 5 rayonun azad edilməsini nəzərdə tutur. Nə fərqi var – Ermənistan ordusu özü getsin və ya getməyə məcbur edilsin. Azərbaycan bu qətiyyəti göstərməsə hələ uzun müddət status-kvonun ləğv edilməsi barədə danışıqlar aparmalı olacaq.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930