Rusiya və Ermənistan oktyabrda birgə hərbi TƏLİMLƏR KEÇİRƏCƏK
13-15 oktyabr tarixində Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində «Armhaytech-2016» hərbi təlimlər keçiriləcək.
Hafta.az-ın news.am saytına istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı iyunun 22-də Ermənistan və Rusiya müdafiə nazirləri razılığa gəlib. Təlimlərin təşkili üzrə texniki məsələlərin həlli ilə əlaqədar tərəflər arasında müqavilə də imzalanıb.