Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kimlər ipoteka kreditindən yararlana biləcək?

“39-40 yaşlı ailə başçısı 25 illik kredit ala bilməyəcək”

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb. Ekspert Rəşad Əliyev Modern.az saytına açıqlamasında yeni qanunu şərh edib.

O, kredit faizləri ilə bağlı deyib ki, ipoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında müəyyən ediləcək:

“Bir sözlə desək, Fond dövrü olaraq iqtisadi şəraitdən asılı olaraq bu göstəriciləri yeniləyəcək. Eyni zamanda Şura kredit üzrə faizləri müəyyənləşdirəcək.
Kreditlərin maksimal müddəti saxlanılıb və müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib. Kredit üzrə minimal müddət 3 il müəyyənləşdirilib.

Yeni qaydalarda narahatlıq doğuran məqam yaş həddinin göstərilməsidir. Qaydalara əsaslansaq, 39-40 yaşlı ailə başçısı 25 illik kredit ala bilməyəcək. Onun yalnız  20 illik kredit götürmək şansı var. Çünki, kreditin son ödəmə tarixi pensiya yaşına düşməməlidir. İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır”.

Güzəştli ipotekadan kimlər yararlana biləcək?

R.Əliyev Qanuna əsasən qeyd edib ki, adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85%-ni təşkil etməlidir. Aşağıda qeyd olunan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs”.

 

“Güzəştli kredit dövlət hesabına veriləcək”

Onun sözlərinə görə, ilkin ödəniş 15%-dən 25%-dək olmalıdır. Alıcının müraciəti əsasında ilkin ödəniş daha da artırıla bilər. Güzəştli ipoteka kreditləri üzrə isə ilkin ödəniş 15% təşkil edəcək.

R.Əliyev bildirib ki, güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitlər hesabına veriləcək:

“Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi sözsüz ki, güzəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiq edilməsinə şərait yaradacaq. Burdan belə başa düşmək olar ki, adi ipoteka kreditləri üçün vəsaiti fond özü kommersiya əsasları (istiqrazların buraxılması və s.) ilə cəlb edəcək. Hesab edirəm ki, bu istiqamətdə Fond çətinliklərlə üzləşəcək. Çünki bazarda mövcud olan maliyyə alətləri üzrə faizlər yüksəkdir və onların cəlb edilərək kreditə verilməsi baha başa gələcək. İstisna deyil ki, ucuz maliyyə vəsaitlərinin cəlb edilməsi üçün Mərkəzi Bankın yardımından istifadə edilsin”.

 

Evsizlərin evi olacaqmı?

Ekspert deyib ki, bu məsələdə zamana ehtiyac var:

“Fikir vermisinizsə, əvvəllər evsizlərin problemlərinin həll edilməsində dövlət ipoteka proqramının imkanlarından istifadə edirdilər. Ancaq bu ildən bu prosesə dəstək kimi paralel olaraq digər proqram “Sosial evlər” institutu işə salındı. Yəni artıq 2 alətdən istifadə edilir. “Sosial evlər” daha aztəminatlı ailələrə veriləcək, ipoteka kreditini isə ödəmə qabiliyyəti olan vətəndaşlara. Sosial evlər institutunun yaradılması güzəştli ipotekadan yararlanmaq istəyənlərin bir hissəsinin problemini artıq həll etməyə imkan verəcək.

Ümumilikdə isə ipoteka kreditləşməsinin problemlərin hansı səviyyədə həll etməsini biz sonra biləcəyik. Çünki kreditlərin həcmi haqda konkret məlumatlar yoxdur. Eyni zamanda kreditlər üzrə faizlər də müəyyənləşdirilməyib. Yəni, bilinmir ki, ipoteka kreditləşməsinin imkanlarından nə qədər insan istifadə edəcək.

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarında göstərilir ki, kredit üzrə faizlər Müşahidə Şurası tərəfindən müəyyən edilir. Ancaq burda məhdudiyyət var. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8 %dən, güzəştli ipoteka krediti üzrə isə 4 %-dən çox olmamalıdır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930