Ermənistan mətbuatı: “Keçən il Ermənistanda 10 029 müəssisə bağlanıb”
Ermənistan İşverənlər birliyinin sədri Qagik Makaryan “Joxovurd”-la söhbətdə bildirib ki, keçən il boyu ölkədə 10 029 müəssisə fəaliyyətini dayandırıb.
Strateq.az erməni nəşrinə istinadən xəbər verir ki, Makaryanın sözlərinə görə, insanlar qazanc axtarışı məqsədilə əsasən Rusiyaya gedirlər.
O deyib: “Rusiyaya gedənlərin miqdarı yüksək olaraq qalır. Rusiyada yaranmış çətinlik və inflyasiyaya baxmayaraq gedirlər. Təəssüf ki, gedənlərin sayı azalmır”.