Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Biz kasıb olanda, imkanlarımız olmayanda bizə əl tutan olmamışdı”

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 29-cu cildi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti Vatslav Klausa təbrik məktubu ilə başlanır.

Dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış sözləri Xanlar şəhərində mərhum prezident Heydər Əliyevin abidəsinin açılış mərasimində nitqindən götürülüb. Prezident deyib: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və münaqişə yalnız bu əsasda öz həllini tapa bilər. Heç vaxt separatist qüvvələrə heç bir güzəşt olmayacaq, biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verməyəcəyik, bu, heç vaxt baş tutmayacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşı olacaqdır. Mən bəyan edirəm ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyində qalacaq və münaqişəni ancaq və ancaq bizim ərazi bütövlüyümüz çərçivəsində həll edəcəyik. Biz hələ ki, danışıqlara sadiqik, hələ ki, bəzi ümidlərimiz var. Ancaq bununla bərabər, siz onu da bilirsiniz ki, biz hərbi gücümüzü artırırıq. Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid edirlər ki, Azərbaycan ordu quruculuğuna nə üçün bu qədər vəsait ayırır? Birincisi, bu bizim işimizdir və heç kimə dəxli yoxdur. Biz kasıb olanda, imkanlarımız olmayanda bizə əl tutan olmamışdı, indi isə bizə məsləhət verməyə çalışırlar ki, bu vəsaitdən harada istifadə edək. Biz bu vəsaitdən hər yerə istifadə edirik. Həm məktəb tikirik, xəstəxana tikirik, yol çəkirik, elektrik stansiyaları tikirik və həm də ordumuzu gücləndiririk və gücləndirəcəyik. Bizim artan ordu potensialımız danışıqların tezliklə başa çatmasına xidmət edir”.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin fevralından aprelinədək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Moskvaya səfərinə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünə, Prezident İlham Əliyevə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adının verilməsinə, onun, həmçinin Polşaya rəsmi səfərinə, Prezident Lex Kaçinski ilə görüşünə, bu ölkədə apardığı danışıqlara, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni ilə təltif edilməsinə, eləcə də NATO-nun sammitində iştirak etmək üçün Rumıniyaya səfərinə, sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlərə dair materiallar verilib.

Prezident İlham Əliyevin Azərbaycana işgüzar səfərə gəlmiş Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşünə, dövlətimizin başçısının Rusiya, ABŞ, Türkmənistan, Gürcüstan, Yunanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna və Vatikandan, habelə ATƏT-in, NATO-nun, “Internaional Crisis Group”un, Avropa İttifaqının, MDB-nin ölkəmizə səfər etmiş yüksək vəzifəli və nüfuzlu şəxslərini, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsinə dair materiallar da bu kitabda yer alıb.

Kitabda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsilə əlaqədar dövlətimizin başçısının Gəncə, Naftalan, Xanlar şəhərlərinə, Samux, Füzuli, Beyləqan, Biləsuvar rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri də verilib.

Azərbaycan Prezidentinin “Mir” televiziya kanalının rəhbəri, “Azadlıq” radiosunun prezidenti ilə görüşlərinə dair informasiyalar, “İnterfaks” agentliyinə müsahibəsi, habelə məktubları da çoxcildliyin bu nömrəsində yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 29-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930