Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakının açıqlaması İrəvanı qorxuya saldı

Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb.

ANS-in məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun münaqişənin həlli ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, mərhələli həll üçün ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi  və bu planın Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi müzakirə olunmalıdır.

Nalbəndyan razılığın əldə olunmadığını desə də prezidentlərin görüşündən sonra hər iki tərəf müzakirələrdən razılıq ifadə etdilər. Ümumilikdə Ermənistan rəhbərliyi Sankt-Peterburq görüşünə Rusiyanın təziqləri ilə razılıq verib. Çünki aprelin əvvəlində baş verən döyüşlərdən sonra Ermənistan cəmiyyətində və rəhbərliyi arasında işğal olunan ərazilərin Azərbaycana qaytarılacağı ilə bağlı qorxular hökm sürürdü.

Görüşdən əvvəl Ermənistan mətbuatı və analitikləri Santk-Peterburqdə rəsmi İrəvanın güzəştə gedəcəyini proqnozlaşdırırdı. Novruz Məmmədovun açıqlaması isə Ermənistanda bu proqnozların reallığa çevirildiyi qorxusunu artırıb.

 “Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb”. ANS-in məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Ervard Nalbandyan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun münaqişənin həlli ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq Rasim Ağayev ANS-ə açıqlamasında bildirib ki, Edvard Nalbandyanın razılaşmanın əldə olunmasını təkzib etməsi daxili auditoriyaya hesablanıb. “Münaqişə tərəflərinin qarşısına konkret sülh planı qoyulub. Əgər hər iki tərəf bu plana razılığını verməsəyədi, Sankt-Peterburq görüşü baş tutmazdı. Amma Ermənistan hakimiyyəti üçün bu planı həyata keçirmək çox çətin olacaq. Çünki Sarkisyan rejimi əhaliyə işğal olunmuş ərazilərin geri qaytarılacağını desə, xalq hazırki hakimiyyəti o dəqiqə devirə bilər. Nalbandyanın razılığı təkzib etməsi isə insanları sakitləşdirməyə hesablanıb. Sarkisyana demək lazımdır ki, əgər razılıq əldə olunmayacaqdısa, bəs Sankt-Peterburqa niyə getmişdi?”, – deyə politoloq bildirib.

Keçmiş səfir, politoloq Fikrət Sadıqov ANS-ə açıqlamasında bildirib ki, əgər razılıq əldə olunmasa, Novruz Məmmədov belə bir açıqlama verməzdi. “Görüş zamanı şifahi olsa da müəyyən razılaşmalar əldə olunub. Ermənistan rəhbərliyi isə əhalidən çəkindiyi üçün bu razılaşmanı yalanlarla ört-basdır etmək istəyir. Ümumilikdə Novruz Məmmədovun müsahibəsində də Madrid prinsipləri öz əksini tapıb. Ona görə də Nalbandyan görüşdə əldə olunan razılaşmanı təkzib edib. O, çıxışı ilə daxili auditoriyanı sakitləşdirməyə çalışıb”, – deyə politoloq vurğulayıb.

Novruz Məmmədov Ermənistan rəhbərliyini qoruya salan açıqlamasında deyib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

 “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi”, – deyə Novruz Məmmədov bildirib.

O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip etibari ilə razılığa gəliblər.

Görüşdə iştirak edən iki tərəfin mövqeyi ortadadır. Yəni ki, Azərbaycan tərəfi razılığın əldə olunduğunu, Ermənistan ətrəfi olunmadığını deyir. Bu mübahisəli məqamda Rusiyanın hansı açıqlamanı verəcəyi maraq doğurmaya bilməz. Çünki Rusiya Sankt-Peterburq  görüşünün birbaşa təşkilatçısıdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930