“Avro-2016″da növbəti mərhələdə hansı yığmaların bir-biriləriylə oynayacağı məlum olub. ANS PRESS-in məlumatına görə, mərhələnin oyunları iyunun 25 – 27-də keçiriləcək. 1/4 finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. Final matçı iyulun 10-da Parisdə keçiriləcək.
25 iyun
17:00. İsveçrə – Polşa
20:00. Uels – Şimali İrlandiya
23:00. Xorvatiya – Portuqaliya
26 iyun
17:00. Fransa – İrlandiya
20:00. Almaniya – Slovakiya
23:00. Macarıstan – Belçika
27 iyun
20:00. İtaliya – İspaniya
23:00. İngiltərə – İslandiya