Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.  yknews.az saytı anspress-ə istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Hər iki rəsmi Suriyada terrorçuluqla mübarizəni və münaqişə tərəfləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi məsələlərini, münaqişənin həlli üçün Cenevrə danışıqlarının yenilənməsinin perspektivlərini müzakirə ediblər. Kerri və Lavrov arasında danışıqlar zamanı diqqət çəkən məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir kəlmə belə səsləndirilməməsidir.

Hər halda müzakirə olunacaq mövzu var idi. Çünki telefon danışığı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən bir gün sonraya təsadüf edir.

Prezidentlərin mayın 16-da Vyanada keçirilən gürüşündən əvvəl və sonra Kerri və Lavrov arasında baş tutan telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunurdu.

Aprelin əvvəlində baş verən döyüşlərdən sonra ABŞ münaqişənin həllində fəallıq göstərməyə başlamışdı.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, Rusiya Sankt-Peterburq görüşü ilə yenə də münaqişənin həllində təşəbbüsü ələ aldığını izah etməyə çalışdı.

“Rusiya istəyir ki, digər dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda tutsun. Rəsmi Moskvanın burada əsas diqqət ayırdığı dövlət isə ABŞ-dır. Ona görə də Sankt-Peterburq görüşündən əvvəl ATƏT-in Minsk qrupunun müzakirələrdə iştirak etməyəcəyi bildirildi. ABŞ-dan olan həmsədr Ceyms Uorlik bütün nümayəndələrdən əvvəl Sankt-Peterburqa gəlsə də onu preseslərə yaxın buraxmadılar. Həmsədrlər demək olar ki, görüşün çox az hissəsində iştirak ediblər. Bu məqamlar Rusiyanın ABŞ-ı danışıqlar prosesindən çıxarmağa çalışdığını sübut edir”, – deyə Qabil Hüseynli bildirib.

Politoloq deyib ki, danışıqların bu mərhələsi ABŞ və Rusiyanın əzələ nümayişi kimi özünü göstərdi.

“Bu görüşlər Rusiya qərbə yenidən “barmaq silkələdi” və izah etməyə çalışdı ki, Cənubi Qafqazda münaqişələrin həllində mənim  rolum daha əhəmiyyətlidir”, – deyə politoloq vurğulayıb.

Doğrudan da prezidetlərin gürüşündən sonra Rusiya və Fransa açıqlama versə də ABŞ yalnız susmaqla kifayətləndi. Fransanın Ermənistandakı səfiri növbəti görüşün ölkəsində keçirilə biləcəyini deyib. Amma prezidentlərin görüşündən bir neçə saat sonra ABŞ dövlət departamentində ənənəvi mətbuat konfransı keçirən Ağ Ev rəsmisi Coş Ernest də münaqişənin həlli ilə bağlı heç bir fikir səsləndirməyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü ötən gün Sankt-Peterburq şəhərində keçirilib. Görüşün sonunda prezidentlər bəyanatla çıxış ediblər. Bəyanatda münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqlik ifadə edilib. Həmçinin ATƏT-in müşahidəçilərinin sayının artırılması ilə bağlı qərar qəbul edilib. Amma Azərbaycan işğal altında olan torpaqlarının boşaldılması ilə bağlı heç bir addım atılmayıb.

Görüş həmçinin ABŞ-ın bu məsələdə güzəştə getdiyini bir daha ortaya qoydu. Çünki Ağ Ev aprelin əvvəlində olduğu kimi münaqişə ətrafında baş verənlərə adekivat fikirlər səsləndirməkdə maraqlı deyil.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930