Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Deputat: “İşğalçı Ermənistana konkret vaxt qoymalıyıq”

“Bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən döyüşlərdən sonra birmənalı olaraq diplomatik, siyasi və hərbi üstünlük Azərbaycanın yanındadır”.

 Bunu Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə münasibət bildirərkən deyib.

 Deputat bildirib ki, aprelin əvvəllərində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə işğalçıların təxribatlarına layiqli cavab verən Milli Ordu hər kəsə öz gücün nümayiş etdirib: “Ordumuz dünyaya başa saldı ki, işğalçı Ermənistanla müqayisədə Azərbaycanın imkanları daha genişdir, ordumuz güclüdür, Ali Baş Komandanın iradəsi qırılmazdır və işğal altında olan torpaqlar mütləq qaytarılmalıdır. Aprel döyüşlərinin verdiyi ən böyük nəticə budur”.

 F.Ağamalı qeyd edib ki, aprel döyüşlərindən əvvəlki status-kvo indi mövcud deyil: “Bütün sahələrdə üstünlük Azərbaycan tərəfindədir. Çox təəssüf ki, işğalçı Ermənistan hələ də aprel məğlubiyyətindən ciddi nəticə çıxarmayıb. Yenə də ən müxtəlif hiylə və manevrlərlə status-kvonu qoruyub saxlamağa çalışır və işğal etdiyi torpalqardan tezliklə çıxmaq niyyətini ortaya qoymur”.

 Deputat vurğulayıb ki, aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən Vyana və Sankt-Peterburq  görüşlərinin nəticələri ilə bağlı tərəflərin xarici işlər nazirləri tərəfindən verilən bəyanatlarda uzlaşdırılmış məqamlar diqqəti cəlb edir:

“Yəni, hər bir tərəfin nazirinin verdiyi bəyanat digərini təkzib etmir. Prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrin ilə bağlı da tərəflər müsbət fikirlər səsləndirib. Bildirilib ki, prezidentlərin görüşü konstruktiv keçib və növbəti daha ciddi nəticə verəcək görüşlər üçün əlverişli mühit yaranıb. Artıq bundan sonra konkret addımların atılması gözlənilir. Hələlik konkret addımların atılması barədə yalnız “gözlənilir” deyilir. Bunun da başlıca səbəbi bir tərəfdən Ermənistandır, digər tərəfdən isə bu münaqişənin həll olunmasında öz maraqlarını güdən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan “güc dövlətlər”dir. Mən yenə də Sankt-Peterburq görüşündən əvvəl söylədiyim fikirləri təkrarlayıram. Biz xalq olaraq işğalçı Ermənistanın hiylələrinə aldanmalı deyilik. Mən tam əminəm ki, Prezident İlham Əliyev Serj Sarkisyanın bütün hiylələrindən tam şəkildə xəbərdardır. Ona görə də Sarkisyanın atacağı hər hansı addım ölkə Prezidenti tərəfindən əvvəlcədən proqnozlaşdırılır. Tam əminəm ki, işğalçı Ermənistanın hər hansı hiylələri Azərbaycana ziyan gətirə biləcək kompromislərə getməyə gətirib çıxarmayacaq. Ancaq mən onun tərəfdarıyam ki, işğalçı Ermənistana konkret vaxt qoymalıyıq və ultimatum verməliyik. Bu vaxt ərzində Ermənistan Azərbaycan torpaqlarından işğalçı qoşunlarını çıxarmazsa, Milli ordumuz son sözü deməlidir. Milli Ordu hərəkətə keçəndən sonra isə Ermənistana verilən və işğal altında olan bütün torpaqlarımız azad olunmalıdır. Mən Azərbaycan Milli ordusunun gücünə və potensialına inanıram. Əminəm ki, bütün Azərbaycan əhalisi ordumuzun bu gücünə arxayındır. Ona görə də Azərbaycan ordusu və cəmiyyəti daha da gücləndirilməli, hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşməliyik və zaman-zaman itirdiyimiz bütün tarixi torpalqarımızı azad etməliyik. Bu mənim şəxsi və qəti fikrimdir. Düşünürəm ki, mənim bu fikirlərim tarixi həqiqətlərə söykənir və reallığı özündə əks etdirir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930