Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Sarkisyana verdiyim sualı rusiyalı nümayəndə cavablandırdı”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Qarabağın Azərbaycalı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Rövşən müəllim, uzun müddətdir ki, Qarabağ məsələsi ilə bağlı beynəlxalq tədbirlərə qatılırsınız, çox az deputatlardansınız ki, gördüyünüz işləri qabartmırsınız. Prezidentlərin dünənki Sankt-Peterburq görüşünü necə qiymətləndirirsiniz?

– Bu ilin aprelində Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutdu. Yenə uşaq, qadın, qoca erməni gülləsinin qurbanı oldu.

Bu təxribata Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutarlı cavab verildi. Bunu görən Ermənistan xeyli silkələndi. Anladı ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq təmin edəcək. Birincisi, dünya ictimaiyyəti, daha dəqiq desək, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri gördülər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməkdə kifayət qədər israrlıdır. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquq normaları çərçivəsində öz ərazimizdə antiterror əməliyyatları keçirmək imkanlarına qadirdir. Bir daha qeyd etmək istəyirəm ki, o güc, o qüvvə bizdə var və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq tam hüququmuz var ki, bunu həyata keçirək. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasıının 4 qətnaməsi var. Bunların hamısını nəzərdən keçirsək, digər prinsiplərə uyğun antiterror əməliyyatını keçirmək hüququmuz var. Azərbaycan hər zaman bəyan edib ki, öz ərazi bütövlüyünü sülh yolu ilə həll etmək istəyir. Bunu ulu öndər Heydər Əliyev vaxtilə bəyan edib. Bu gün də həmin siyasət Azərbaycanda davam etdirilir, cənab Prezident İlham Əliyevin xalqımızın iradəsinə söykənən qətiyyətli mövqeyi var. Əminəm ki, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolu ulu öndər Heydər Əliyevin siyasətidir və bu siyasət də onun davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bu, mənim birmənalı mövqeyimdir.

Dünya ictimaiyyəti gördü ki, Azərbaycan Silahlı Qüvvələrinin imkanları ilə Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan xalqının öz liderinin ətrafında sıx birliyi çox böyük bir gücdür. Azərbaycan xalqının, xüsusilə də gənclərin  ərazi bütövlüyümüzün təmin olunmasından ötrü öz səsini ucaltması ilə dünya ictimaiyyəti, eləcə də ATƏT-in Minsk Qrupu öz mesajını aldı. Gördülər ki, danışıqlar prosesində nəyəsə nail ola bilmiriksə, digər yollarla öz ərazi bütövlüyümüzü təmin etməyə qadirik. Məhz bundan sonra danışıqlar daha intensiv xarakter almağa başladı. Bundan dərhal sonra cənab Prezident mövqeyini səsləndirdi ki, biz qarşı tərəfdən konstrituktiv mövqeyinin olmasını gözləyirik. Bilirsiniz ki, bu günə kimi Ermənistan siyasi rəhbərliyi heç bir zaman konstrituktiv mövqe səsləndirməyib. Onlara isə bu şəraiti yaradan qüvvələr var. Minsk qrupu çərçivəsində həmsədrlər öz işlərini qura biliblər. Həm siyasi, həm də diplomatik baxımdan, ortalıqda sülh prosesi var və onu görməmək olmaz. Sadəcə, indiki status-kvo Azərbaycanı qane edə bilməz. İndiki vəziyyət Azərbaycanı qane etmir və mövqe də birmənalıdır ki, əgər danışıqlara gedilirsə, ortada nəticə olmalıdır. Böyük dövlətlər, aparıcı dövlətlər, imkanı olan dövlətlər beynəlxalq prinsiplərə əsaslanan mövqe səsləndirməyi bacarmalıdırlar. Nəhayət, o vaxt gəlib çatıb. Ona görə də düşünürəm ki, son dövrlərdə olan proseslər məhz bu istiqamətdə davam edəcək.

Birincisi, tam əminəm ki, Azərbaycan ərazi bütövlünü təmin edəcək buna mənim heç bir şübhəm yoxdur. İkincisi isə görüşlərdən mənim gözləntilərim var. Bilirisiniz, Azərbaycan Prezidenti böyük səbr nümayiş etdirir, məsələnin sülh yolu ilə həlli üçün çalışır. Bu il ATƏT-in  Minsk qrupuna rəhbərlik Almaniyadadır. Almaniya dünya səviyyəsində çox nüfuzlu dövlətdir, Avropada isə aparıcıdır. Düşünürəm ki, Almaniya kimi dövlət istəməz ki, onun rəhbərliyi dövründə nəsə yenilik olmasın. Bu, Almaniyanın mövqeyinə uyğun deyil. Düşünürəm ki, biz müəyyən ciddi addım görəcəyik və bu, həm Almaniyanın öz nüfuzuna, həmdə dünyada gedən problemli məsələlərin həllində vacib bir rol oynayacaq.

Bu gün təəssüflər olsun ki, beynəlxalq hüquqsuzluq beynəlxalq hüququ üstələyir. Bu stereotip də dağıdılacaq. Nəhayət ki, BMT TŞ-nın 4 qətnaməsi də öz sözünü deyəcək. Həmsədr dövlətlər, Amerika, Fransa və Rusiya görür ki, bu gün Ermənistan atəşkəsi hər an pozur. Demək bu, dondurulmuş münaqişə deyil. Bu isə nə bölgəyə, nə də ümumiyyətlə dünyaya xoş bir addım verir.

– Almaniya bu günə kimi Minsk Qrupunun həmsədlərinə heç bir etiraz etməyib. O zaman Almaniyadan qeyri-adi addımı niyə gözləməliyik?

– Birincisi, ona görə ki, Almaniya sıradan olan bir dövlət deyil. İkincisi, məsələ ondan ibarətdir ki, hələ 2009-cu ildə Almaniya Bundestaqı Cənubi Qafqazla bağlı qətnamə qəbul etmişdi. O cümlədən də həmin qətnamədə Azərbaycanın işğal faktı göstərilmişdi. Almaniya Minsk qrupu çərçivəsində olan bir dövlətdir. Almaniya Avropda aparıcı dövlətdir, söz sahibidir. Almaniyanın Azərbaycanla kifayət qədər ikitərəfli çox müsbət münasibəti var. Azərbaycanın haqlı səsini eşidən, Azərbaycanın mövqeyini dəstəkləyən dövlətdir. Ölkə Prezidenti İlham Əliyevin Almaniyanın kansleri xanım Merkel ilə işgüzar münasibəti mövcuddur. Onun nəticəsində digər qurumlar, xüsusi olaraq da parlametntlərarası münasibətlər yüksələn xətlə inkişaf edir. Bu işlərin nəticəsində Azərbaycan öz mövqeyini, haqlı səsini müəyyən qədər dünyaya çatdıra bilib. Həm zamana və dünyada gedən proseslərə, həm də Almaniyanın nüfuzuna nəzər yetirsək, ümid yaranır ki, bu il müəyyən qədər müsbət addımın şahidi olacağıq. Mən bu cür düşünürəm və inanmaq istəyirəm ki, belə olacaq.

– Rövşən müəllim, cəmiyyətdə belə bir fikir var ki, problemin həlli daha çox ayrı-ayrı ölkələrdən gözlənilir. Hətta əməli addım atılmadığına görə, ayrı-ayrı ölkələri az qala qınayırıq ki, Qarabağ məsələsinə doğru yanaşmırlar. Niyə xarici ölkələrdən kömək istəyirik?

– Əgər məsələni sülh yolu ilə həll etmək istəyiriksə, deməli biz bunu gözləməliyik. Dünyanın aparıcı dövlətləri ATƏT-in Minsk qrupunun həmsədrləridir. Həmsədr dövlətlərdən biri də Rusiyadır. Rusiyanın bu məsələdə həm nüfuzu böyükdür, həm də maraqları var. Vaxtı ilə SSRİ dağılanda hansısa bir siyasətin nəticəsində Rusiya Ermənistana dəstək olub. Ermənistanın işğalçı siyasətini həyata keçirmək üçün kömək edib. Bilirsiniz ki, o zaman Azərbaycan ərazisində, Dağlıq Qarabağda Rusiyaya məxsus olan 366-cı motoatıcı alay var idi. Həmin alayın komandan müavini Seyran Ohanyan idi. Seyran Ohanyan bu gün Ermənistanın müdafiə nazirdir. 1991-ci ildə mən Ağdamda olarkən bizə qarşı vuruşan rus zabit və əsgərlərini görmüşəm. Bu mənim üçün qaranlıq deyil ki, Rusiyanın bu problemdə marağı var, yaxud da ermənilərə dəstəyi var.

Ümumiyyətlə, Ermənistan Azərbaycana heç bir zaman rəqib ola bilməzdi. İstər SSRİ çökən dövrdə, istərsə də bu gün, hər bir cəhətdən Azərbaycan Ermənistandan dəfələrlə üstündür. Bölgədə Azərbaycanın həm Silahlı Qüvvələri, həm də iqtisadiyyatı o qədər fərqlidir ki, inanıram ki, Ermənistan yaxın 100 ildə buna çata bilməyəcək. Ona görə də mənim üçün Ermənistan Silahlı Qüvvələrindən danışanda çox aydın görünür ki, Azərbaycan dəfələrlə güclüdür. Onda ortaya sual çıxır: bəs, nə səbəbə biz ərazi bütövlüyümüzü təmin edə bilmirik? Bölgədə müəyyən qüvvələrin, müəyyən dövlətlərin öz maraqları var. Həmin qüvvələrin öz maraqları çərçivəsində də biz öz marağımızı təmin etməyi bacarmalıyıq. Ona görə də biz problemi sülh yolu ilə həll etməyə üstünlük veririk. Bu düzgün siyasətdir, düz yoldur, müharibə heç bir zaman heç kəsə xeyir verməyib və bundan sonra da verməyəcək. Ona görə də möhtərəm cənab Prezidentin mövqeyi və onun şəxsi nüfuzu aparıcı dövlətlərin rəhbərlərinin nəhayət ki, düzgün mövqeyə gəlməsinə şərait yaradacaqdır.

– Qeyd etdiniz ki, Ermənistan Azərbaycana rəqib deyil. Sizinlə nəzəri cəhətdən razılaşırıq. Amma hər şey nəticə ilə ölçülür. Ermənistan Rusiyanı özünə müttəfiq edib, Amerikanı dost edib, Fransanı qardaş edib və s. Nəticə etibarı ilə bu gün Ermənistan Türkiyəni də udur.

– Xeyr, razılaşımıram!

– Bəzən deyirik ki, siyasətdə dost, düşmən anlamı yoxdur. Siyasətda biclik var, qabağa getmək var. Ermənistan yüz cür oyunlardan çıxır və  qabağa gedir. Bunun fərqindəyikmi?

– Mən başa düşürəm siz nəyi demək istəyirsiniz. Baxın, SSRİ  çökdürüləndə onun siyasətində müəyyən dəyisikliklər baş verdi. Siyasəti həyata keçirməkdən ötrü qüvvələr ortaya gəldi. O zaman əgər xatırlayırsınızsa, bütün bu proseslərin başlanmasında erməni siyasəti, erməni əsilli insanlar Rusiyanın rəhbərliyində çox idilər. Onların hamısı ulu öndər Heydər Əliyevə qarşı birləşmişdi. Çünki Heydər Əliyev Moskvada da həddindən artıq böyük bir nüfuza malik idi. Heydər Əliyevi həmin qüvvələr və o zaman Azərbaycan xalqına düşmən mövqedə olan Qorbaçov siyası hakimiyyətdən uzaqlaşdırdı. Çünki Heydər Əliyev erməni məkrinə imkan verməyəcəkdi. Məsələ bu idi. Bu gün də həmin qüvvələr tərəfindən ermənilər, Ermənistan dəstəklənir. Ona görə də biz müəyyən qədər problem yaşayırıq.

– Maraqlı məsələyə toxundunuz. Dünya dəyişir, hər dəyişiklik sanki ermənilərin maraqlarına uyğun gəlir. Demək olarmı ki, Ermənistanın siyasəti dünya siyasətinin içində özünə yer tapır, öz maraqlarını təmin edə bilir?

– Təbii ki, biz qeyd etdik ki, ermənilərin regionda marağı olan Rusiyadan güclü dəstəyi var. Fransa və Amerikada erməni lobbisi çox güclüdür. Bu gün nə baş verir, bunu bilirik. Bəs, bu problemin həllinini harada axtarmalıyıq? Problemin həlli Heydər Əliyev siyasətindədir. Baxın, ulu öndər Heydər Əliyevin siyasəti ora gətirib çıxardı ki, atəşkəs elan olundu. Azərbaycan iqtisadi inkişaf yoluna keçdi. Çünki Heydər Əliyev bilirdi ki, bu problemi həll etməkdən ötrü Azərbaycan dünyaya gücünü görstərməlidir. Azərbaycan dünyada etibarlı tərəfdaş rolunu oynamağı bacarmaldır. Azərbaycan Silahlı Qüvvələrini gücləndirməlidir ki, onunla hesablaşsınlar. Nəticəni bu gün görürük. Azərbaycan atəşkəs əldə etdi, iqtisadi imkanlarını artırmağa başladı. Bilirsiniz ki, Azərbaycan Avropa enerji təhlükəsizliyində önəmli rol oynayır. Azərbaycan təbii resurslarından uğurla istifadə edə bildi. Azərbaycanda bu müddət ərzində güclü siyasi dövlət yarandı, Azərbaycanın Silahlı Qüvvələri güclü nailiyyətlər əldə etdi. Birmənalı demək olar ki, Azərbaycan bu gün regionun ən güclü dövlətidir. Bu siyasi və iqtisadi gücünün hesabına Azərbaycan özünün müdafiə sənayesini yaradıb. Azərbaycan tarixi həqiqətləri də dünyaya kifayət qədər çatdıra bilib. O zaman SSRİ dünyaya qapalı bir dövlət idi. Təbii ki, biz o zaman öz səsimizi dünyaya çatdıra bilməmişdik. Çünki Azərbaycanı tanımırdılar, Azərbaycanı eşitmirdilər. Amma bu gün Azərbaycan Ermənistandan fərqli olaraq 1991-ci ildən müstəqil dövlətdir. Bu müstəqillik daimi olacaq. Bu müstəqil dövləti Azərbaycan xalqı daim qoruyacaq. Artıq cəmiyyətdə düşüncələr də fərqlidi. Ona görə də mən inanıram ki, yeni düşüncə növü, yeni proseslər bizim ədalətli mövqeyimizi bərqərər edəcək. Azərbaycanın dünyaya sülh mesajı verməsi dünya ictimaiyyəti tərəfindən düzgün dəyərləndiriləcək. Nəticədə problemlərimizi həll edəcəyik.

– Uzun illərdir bu məsələ ilə məşğulsunuz, dünyanın əksər ölkəsində olmusunuz. Qarabağ məsələsində konkret olaraq hansı ölkələrin mövqeyi sizi qane edir?

– Ədalətin yanında olan dövlətlərdən təbii ki, ən birincisi Türkiyədir. Məni qane edən dövlətlərdən digərləri Almaniya və Belarusdur. İnanıram ki, dünyanın super dövlətləri də əvvəl-axır sözlərin deyəcəklər. Məni qane eməyən Amerika, Rusiya və Fransanın mövqeyidir. Həmsədr dövlətlər çoxdan ədalətli mövqeyi səsləndirməli idilər.

– Rövşən müəllim Türkiyənin adını çəkdiniz, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası var. Ancaq Türkiyə bu gün hansısa siyasi, diplomatik yol axtarır ki, Ermənistanla əlaqəsini düzəltsin, bunu necə dəyərləndirrisiniz?

– Düşünmürəm ki, Türkiyə o yolları axtarır. Düzdür, müəyyən məsələləri biz nəzərdən keçirə bilirik. Amma Ermənistanın özünün siyasəti düzgün qurulmayıb. Ermənistan başa düşməlidir ki, orta əsrlər deyil. Artıq başqa dövlətlərin ərazilərini işğal etmək vaxtı deyil. Artıq bu gün zaman tamamilə fərqlidir. Onları Ermənistan görə bilmir və yaxud da Ermənistan elə qurulub ki, ondan alət kimi istifadə edirlər. Buna görə də problemlər ortaya çıxır. Bəli, Türkiyəyə ərazi iddiaları var. Ermənistanın özündə düşüncə tərzi dəyişməlidir. Əgər erməni xalqı özünü bu cür görürsə, deməli erməni xalqı və dövləti uçuruma doğru gedir. Bu gün heçbir dövlət düşünməməlidir ki, mən kiminsə ərazilərini işğal etməliyəm. Tarixən Azərbaycan ərazilərində yenə də Rusiyanın o zamanki dəstəyi ilə Ermənistan dövləti yaradılıb. Bu barədə faktlar dəfələrlə səsləndirilib. Möhtərəm Prezident tarixin faktlara əsaslanaraq, bu məsələni səsləndirib. Bu gün də Ermənistan belə siyasətlə davam etsə, bu onlar üçün problem yaradacaq. Necə ki, indi problemlər içərisində yaşayırlar. Mən iki dəfə Ermənistanda olmuşam, tam şəkildə bəyan edirəm müstəqil Ermənistandan heç bir əlamət yoxdur.

– Necə müstəqillik yoxdur? Ermənistanda hər gün aksiyalar keçirilir, ermənilərin bəziləri Avropaya, digərləri Rusiyaya üz tutur, müstəqil fikirlərini ifadə edirlər. Müstəqillik necə olur ki?..

– Müstəqillik odur ki, biz ora gedəndə sərhədçilərin formalarına nəzər salanda gördük ki, rəngləri fərqlidir. Sual verəndə dedilər ki, biri Ermənistan Sərhəd Qoşunlarına tabedir, digəri Rusiya Sərhəd Qoşunlarına… Müstəqil dövlətdə Rusiya Sərhəd Qoşunlarının nə işi var?

Təhlükəsizliyi təmin etmək üçün müəyyən müqavilələr ola bilər. Ancaq başqa bir ölkənin Silahlı Qüvvələrinin birbaşa aeroportda olmasının başqa adı yoxdur. Ermənistanın rəhbəri Serj Sərkisyana sual vermişəm, sualıma Rusiyadan olan nümayəndə cavab verib. Ermənistanda bu ölkənin Prezidentinə azərbaycanlı deputat tərəfindən sual verilir, Rusiya nümayəndəsi cavab verir. Ondan sonra Serj Sərkisyan danışır. Bu, necə ola bilər…

Dəfələrlə səsləndirilib ki, Ermənistan Rusiyanın forpostudur. Deməli, müstəqil dövlət deyil, forpostdur. Onlar bundan uğurla istifadə edirlər. Başqa nə sübut lazımdır ki? Sizin fikrinizi mən başa düşürəm ki, necə olur ki, belə bir dövlət işğalçı siyasətini həyata keçirə bilər? Ermənistan heç bir halda bizə rəqib deyil, ola bilməz. Güclü lobbiləri var.

– Yeri gəlmişkən, Azərbaycan diasporunun bu istiqamətdəki fəaliyyətin necə dəyərləndirirsiniz?

– Mövqeyim birmənalıdır və dəyişməzdir. Yenə də ulu öndər Heydər Əliyev siyasəti. Heydər Əliyev Azərbaycanda Dünya Azərbaycanlılarını bir araya gətirdi. Bu işlər tariximizin qızıl səhifələrindədnir. Bu gün Dünya Azərbaycanlıları artıq təşkilatlanıblar və onlar Azərbaycanın mövqeyini hər yerdə səsləndirirlər.

– Qarabağ məsələsinin həllində daxili faktoru necə görürsünüz? Bütün elementlər işləkdirmi?

 – Bu günə qədər həll etməmişiksə, yəqin ki, müəyyən problemlərimiz var. Ancaq bunları qiymətləndirməyi bacarmalıyıq, hər gün inkişaf etməliyik, hər gün mövqeyimizi gücləndirməliyik. Mənim fikrimcə, müəyyən qədər kominikasiya problemlərimiz var. Müəyyən qədər qurumlar arasında işi daha da uğurlu görmək mümkündür. Təbii ki, bunlar hamısı var, mövcuddur amma dahada təkmilləşdirməliyik. Məsələn, mən çox narahat idim ki, Azərbaycan gəncliyinin böyük bir qismi işğal altında olan rayonların adlarını bilmirlər. Ancaq son hadisələrdən sonra Azərbaycan gəncliyinin atdığı addımlar məni nəinki qane etdi, hətta sevindirdi. Bizim gənclərimiz öz vətənlərinə çox bağlıdırlar. Hərbi istiqamətdə gücümüzün artmasına qiymət verməyi bacardılar.

– Rövşən müəllim, siz Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Qarabağla bağlı gördükləriniz işlər barədə məlumat vererdiniz?

– Bilirsiniz, bütün qurumlar, o cümlədən də parlament öz işini qurmağı bacarmalıdır. Necə ki, biz bunu edə bilirik. Dünyanın bir  çox dövlətlərinin parlamentləri ilə, o cümlədən də Almaniya ilə işçi qrupu mövcuddur. Bu yaxınlada işçi qrupu Almaniyada oldu. Milli Məclisin komitə sədri Fuad Muradov, deputat Rasim Musabəyov və mən. Yeri gəlmişkən Milli Məclisin rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istərdim. Müraciət etdik ki, Almaniyaya getmək istəyirik, parlamentin sədri Oqtay Əsədov bizə çox geniş şərait yaratdı və dəstəklədi. Azərbaycanın Almaniyadakı səfirliyinə təşəkkür etmək istərdim. Başda Pərviz Şahbazov olmaqla digər əməkdaşlara, Xarici İşlər Nazirliyinə, dostlara və əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Bu 3 gün ərzində biz 30-dan çox görüş keçirdik. Görüşdüyümüz insanlar içərisində 4 deputat Bundestaqın qondarma soyqırımı ilə bağlı qərarına etiraz etdi. Dostluq qrupu birmənalı olaraq qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazidir. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. İşğal nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu torpaqlardan Ermənistan çıxmalıdır. Bu cür mövqe onlar tərəfindən səsləndirilib. Düşünürəm ki, biz fəaliyyətimizi davam etdirməliyik. Eyni zamanda, biz orada olarkən Almaniya Bundestaqının işçi qrupunu Azərbaycana dəvət etmişik. Oktyabr, noyabr aylarında onlar Azərbaycana səfər edəcəklər. Almaniya bu il ATƏT-ə rəhbərlik edir. Ona görədə biz ildən istifadə etmək istəyirik.

– Qarabağ icmasının son fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Sizin Almaniyadakı görüşünüz həm də Qarabağ icmasının fəaliyyəti kimi dəyərəndirilə bilərmi?

– Bilirsiniz mən “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvüyəm. Dağıq Qarabağ icmasının sədri Bayram Səfərovdur. O icmanın fəaliyyətini qura bilib. Bu gün öz mövqeyini dünya ictimaiyyətinə çatdıra bilir. İdarə Heyətinin sədri, mən və digər üzlərimiz qoyulan tapşırığa uyğan olaraq fəaliyyətə davam etdiririk. İnanıram ki, artıq AŞPA çərçivəsində olan dövlətlərin hər biri Azərbaycanın Dağlıq Qarabağ icmasının səsini eşidirlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930