Qarabağ sammitində sensasiyalı NƏTİCƏ
“Sankt-Peterburqda Qarabağ danışıqlarını sensasiya kimi qiymətləndirmək olar”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, burada sensasiya Vladimir Putinin davranışıdır: “Putin göstərdi ki, o komanda oyunçusudur və ATƏT-in Minsk qrupundan çıxmır. Ümumiyyətlə, o, Vyana ssenarisini dəstəklədi. Bununla yanaşı, Putin Sankt-Peterburqda Soçi danışıqlarının ssenarisi üzrə hərəkət edirdi. Hesab etmək olar ki, münaqişə zonasında vəziyyət dəyişəcək”.