Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağ sammiti”, yoxsa rus imperializminin yumşaq gücü

Prezidentlərin Sankt-Peterburq görüşü arxada qaldı. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları jurnalistlərə Qarabağ probleminin həll olunacağına ümid və arzularını çatdırdıqdan sonra qapalı müzakirəyə çəkildilər. Bu qapalı görüşdən hər hansı məlumat verilmədiyindən, problemin perspektivləri barədə də mülahizə yürütmək mümkün deyil. Bilinən yeganə mətləb isə ondan ibarətdir ki, üçtərəfli görüşdə konfliktin danışıqlar yoluyla həllinə və bu istiqamətdə müzakirələrin intensivliyinin artırılmasına qərar verilib. Başqa sözlə desək, atəşkəs elanından bu yana sürdürülən “nə sülh, nə hərb” siyasətinin davam etdiriləcəyi və Qarabağdakı mövcud vəziyyətin dəyişdirilməyəcəyi gün kimi aydındır.

Əslində burada qeyri-adi bir hal da yoxdur. Zatən, Sankt-Peterburq görüşündən nəsə gözləməyə dəyməzdi. Həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin ümiddolu açıqlamasına baxmayaraq, Kreml üçün Qarabağ probleminin həlli qətiyyən maraqlı deyil. Moskva bu problemə Cənubi Qafqazın “qulpu” kimi baxır və bu qulpdan yapışaraq onu əlində saxlamağa çalışır. Sözsüz ki, həmin “qulp” qırılarsa və ya Kremlin əlindən çıxarsa, Rusiya Qara dənizdən Xəzərə qədər uzanan böyük bir ərazini itirmiş olar. Bu “arzuolunmaz” perspektivin qarşını almaq üçün isə o, illərlə gah səngiyən, gah da aktivləşən münaqişəni həll etməyə çalışmayıb və çalışmayacaq.

Deməli, prezidentlərin Sankt-Peterburq görüşünün əsas məqsədini tamamilə ayrı mətləblərdə axtarmalıyıq. Bəs, hansı mətləblərdə?

Sözügedən görüşünün Sankt-Peterburqda təşkil olunan Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsi əslində yuxarıdakı suala cavab verir və əsl məqsədə işıq tutur. Adını zorla “Qarabağ sammiti” qoymağımıza baxmayaraq, həmin forum çərçivəsində keçirilən bütün görüşlərin hədəfi Rusiya ilə iqtisadi əməkdaşlıq potensialını artırmağa yönəlmişdi. Prezident İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşündə də bu mətləb öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin son zamanlar azaldığına diqqət çəkən Vladimir Putin bunun obyektiv səbəblə bağlı olduğunu vurğulayıb:

“Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik. Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir”.

Putinin dilə gətirdiyi bu fikirlər Qarabağ probleminin əslində bəhanədən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Görüşün əsl səbəbinin isə bu bəhanədən istifadə edərək, xatırladılan iqtisadi amillə bağlılığı ortaya çıxır.

Putinin İlham Əliyevlə görüşdə gündəmə gətirdiyi digər bir məsələ idə ikitərəfli əməkdaşlığın humanitar perspektiviylə bağlı olub. Azərbaycanda rus dilinin qorunması və inkişafına göstərilən diqqətə görə həmkarına təşəkkür edən Rusiya prezidenti deyib:

“Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək”.

Fikirimizcə, ikitərəfli münasibətlərin iki fərqli aspekti kimi görünsə də, əslində iqtisadi əməkdaşlıq ilə humanitar, mədəni əlaqələrin yaradılması eyni siyasətin tərkib hissəsidir. Söhbət yumşaq güc siyasətindən gedir.

Bəs, yumşaq güc nədir?

yumshaq guc

İndiyə qədər bütün imperialist qüvvələrin müstəmləkələr üzərində apardığı siyasətlərə nəzər salanda iki əsas güc amilinə söykəndiklərini görürük. Bu amillərdən biri zorakı, digəri isə yumşaq gücdür.

Zorakı güc amili imperializmin ən klassik formasıdır. Demək olar ki, 20-ci əsrin ortalarına qədər bütün imperialist qüvvələr bu amilə söykənərək, ərazilərini böyüdür, xalqları və millətləri zorla özlərinə tabe etdirirdilər. 19-cu əsrin alman dövlət adamlarından olan Otto von Bismarkın 1862-ci ildə parlamentdə etdiyi ilk çıxışında dilə gətirdiyi fikirlər zorakı gücün mahiyyətinə tam mənasilə işıq tutur:

“Hədəflərimiz almanların milli birliyini qurmaq siyasətlərini müzakirə etməklə, nəğmələr söyləməklə reallaşa bilməz. Məqsədimizə gedən yol qan və qılıncdan keçir”.

20-ci əsrin əvvəllərində ölkəsinin bütövlüyü uğrunda mübarizəyə başlayan Çin Kommunist Partiyasının lideri Mao Zedonq da “gücün yalnız silahların lüləsində toplandığına” inanırdı.

II Dünya müharibəsindən sonra isə yalnız zorakı güc faktoruna əsaslanmağın böyük problemlər yaratdığını, bu mübarizədən həm də imperialist qüvvələrin ciddi zərər gördüyünü anlayan böyük dövlətlər müstəmləkəçilik siyasətlərini dəyişməyə, əllərində saxlamağa çalışdıqları xalqlar və millətlərlə həm də yumşaq danışmağın vacibliyini anladılar. Beləcə, yumşaq güc anlayışı ortaya çıxdı.

Yeni siyasətin ortaya çıxmasında ABŞ imperializminin xüsusi rolu oldu. Çünki ABŞ dövlət adamları zorakı güclə yanaşı, yumşaq gücü birgə həyata keçirməyin vacibliyinə inanırdılar. Bunun başlıca səbəblərindən biri də ABŞ-ın “kommunizm kabusuna” qarşı Rusiyayla girdiyi soyuq müharibədə özünə tərəfdar qazanmaq istəyiylə bağlıydı. Bununla belə dünyanın digər böyük dövlətlərindən fərqli olaraq yumşaq gücə daha çox əhəmiyyət verən ABŞ-ın dünya hegemonluğu uğrunda mübarizəsində zorakı metodlar da ön planda dayanırdı. Bu iddianı ölkənin 36-cı prezidenti Lindon Consonun çıxışlarından birində söylədiyi aşağıdakı fikirlər də təsdiqləyir: “Əgər bir şeyi mərmi sayəsində ələ keçirməyi bacarırsansa, qəlblər və fikirlər də bu nailiyyəti təqib edər”.

Sabiq prezidentin bu fikirləri zorakı gücə daha çox əhəmiyyət verdiyini, amma silah gücünə əldə edilən qələbəni davamlı qılmaq üçün mütləq qəlb və fikirləri qazanmağın da vacibliyini göstərirdi.

Maraqlıdır ki, Rusiya da son zamanlar öz keçmiş hegemonluq məkanlarında hər iki gücdən istifadə etməyə çalışır. Bir tərəfdən bölgələrdə yaratdığı konfliktlərlə keçmiş müstəmləkələri üzərində zorakı basqılar qurur, digər tərəfdən isə həmin ərazilərdə öz mədəniyyətini yaymağa, dilini qorumağa can atır.

Rus dili və mədəniyyətinin inkişafı və qorunması müasir rus imperializminin təkcə hədəfi yox, həm də bəhanəsi kimi ortaya çıxır. İki il bundan əvvəl Ukraynanın müəyyən ərazilərini işğal edən və onun Qərbə yönəlməsinin qarşısını almağa çalışan Moskvanın əsas bəhanəsi də elə Kiyevin rus dilini və rusdilliləri sıxışdırması faktı olmuşdu. Kremlin Qazaxıstanda eyni ssenarini həyata keçirmək istiqamətində sərgilədiyi mövqedə də dil amilinin ön plana çıxarıldığını görürük. Müstəqillik illərindən sonra Qazaxıstanda getdikcə rusdillilərin sayının azalması, etnik rusların ölkə əhalisinin 50%-dən 30%-ə düşməsi Moskvanı “narahat edən” əsas məsələlərdən biridir.

Keçmiş müstəmləkələrdə rus dilinin inkişafı və qorunması kimi amillərin müasir rus imperializminin əsas hədəflərindən biri olduğunu, bunun üçün lazım gələrsə müharibəyə belə girməkdən çəkinməyəcəyini ölkənin ən nüfuzlu siyasət adamları da etiraf edirlər. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun verdiyi bir bəyanat da bunun ən bariz nümunələrindədir. Xanım siyasətçi iyun ayının 4-də səsləndirdiyi həmin bəyanatda vurğulayırdı ki, keçmiş SSRİ respublikalarında dil və mədəniyyət sahələrində rusdilli əhali təzyiq obyektlərinə çevrilib və Moskva buna laqeyd qala bilməz.

Göründüyü kimi, Matviyenkonun bu fikirlərinin üzərindən az keçməmiş, onun bir zamanlar merlik etdiyi Sankt-Peterburda sammit keçirilir və Rusiya prezidenti həmin sammit çərçivəsində görüşdüyü Azərbaycan prezidentinə ölkəmizdə rus dilinin qorunması və inkişafı üçün göstərilən səylərə görə minnətdarlığını bildirir. Biz isə hələ də bu görüşü “Qarabağ sammiti” adlandırırıq.

Heydər Oğuz

Strateq.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930