“Ərdoğan buna cəsarət etməz” – ŞANTAJ
“Ərdoğan qaçqınları Avropaya göndərməyə cəsarət etməz”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Berlində “Europe Calling” adlı bir tədbirdə danışan Avropa Parlamentinin (AP) başçısı Martin Şults deyib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın belə bir riskə gedəcəyini düşünmürəm. Çünki Ərdoğan bu halda beynəlxalq ictimaiyyət tərəfindən qaçqınları qanuni yollarla Avropaya göndərən deyil, onları insan qaçaqçılarına təslim edən, bu cür şəbəkələrə xidmət edən şəxs vəziyyətinə düşəcək”, – Martin Şults Türkiyə prezidentini şantaj edib.
O, Türkiyənin qaçqınlara qapılarını açdığını və hər cür dəstəyə layiq olduğunu etiraf edib. Amma Sultsun fikrincə, bu vəziyyət vizasız rejimə qarşılıq ola bilməz.
AP-nin başçısı Avropaya vizasız rejimlə əlaqədar Türkiyənin qarşısına şərtlər qoyduqlarını və bu şərtlərin arasında terrorla mübarizə qanununun dəyişdirilməsi olduğunu da xatırladıb. Türkiyədə millət vəkillərinin toxunulmazlıqlarının ləğvini xatırladan Şults qeyd edib ki, bunu qəbul etmək mümkün deyil.