Yerevanda PDM yanıb
Bu gün səhər Yerevanda PDM (piyadanın döyüş maşını) yanıb.
Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, hadisə Yerevanın David Bek küçəsində qeydə alınıb.
Məlum olub ki, PDM-in mühərrikində alışma baş verib, alov vaxtında söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.